Page 287 - Ferdinand de Sössür_Layout 1
P. 287
Ümumi dilçilik kursu
§2. Qarşılıqlı әlaqәdә olan iki qüvvәnin bir
ümumi prinsipdә birlәşdirilmәsi
Mәkanın bәzi nöqtәlәrindә, yәni nöqtәyә bәrabәr
minimal sahәlәrindә, mәsәlәn, ayrıca bir kәnddә nәyin
“doğma zәnglәrin ruhu”nun, nәyin isә qarşılıqlı ünsiyyәt
qüvvәsinin fәaliyyәti olduğunu fәrqlәndirmәk çәtinlik
törәtmir. Hәr bir fakt bu qüvvәlәrin yalnız birindәn asılı olur,
başqa şivәdә rast gәlinәn hәr hansı hadisә dә qarşılıqlı
ünsiyyәt amilinin tәsiri ilә izah olunur; yalnız müvafiq yerin
şivәsindә rast gәlinәn hәr hansı hadisә lokal mәhdudluğa
malik amilin tәsiri ilә izah olunur. Lakin elә ki nöqtәdәn
sahәyә, mәsәlәn, kәnddәn kantona keçirik, mәlum çәtinlik
özünü göstәrir: sәn demә, bu vә ya digәr hadısәni iki amildәn
hansı ilә izah etmәyi qәrarlaşdırmaq mümkün deyil. Onların
hәr ikisi, bir-birinә әks olsalar da, şivәnin hәr bir xüsusiy -
yәtindә nәzәrdәn keçirilә bilәrlәr. A kantonu üçün
fәrqlәndirici әlamәt nәdirsә, onun bütün hissәlәrinә xasdır.
Burada lokal mәhdudluq amili fәaliyyәt göstәrir ki, qonşu B
kantonunu nәdәsә tәqlid etmәyә, yaxud әksinә, onun tәqlid
olunmağına maneçilik edir. Lakin burada unifikasiyaedici
amil dә, yәni A kantonunun müxtәlif hissәlәri (Aı, A2, A3 vә
s.) arasında әldә olunan qarşılıqlı ünsiyyәt qüvvәsi dә
fәaliyyәt göstәrir. Belәliklә, nöqtәdәn sahәyә keçәn kimi
mәlum olur ki, hәr iki amil eyni zamanda, ancaq müxtәlif
nisbәtdә fәaliyyәt göstәrir. Qarşılıqlı ünsiyyәt hansısa
innovasiyaya nә qәdәr sıx tәsir edirsә, onun yayılma sahәsi
dә 0 qәdәr genişlәnir: “doğma zәnglәrin ruhu”na gәldikdә
isә onun fәaliyyәti dil faktını zәbt etdiyi sәrhәdlәr daxilindә
qoruyub saxlamaqdan vә xarici rәqabәtdәn müdafiә
elәmәkdәn ibarәtdir. Hәmin qüvvәlәrin heç birinin fәaliy -
yәtinin nәticәlәrini әvvәlcәdәn görmәk mümkün deyil. Artıq
dediyimiz kimi, Alplardan Şimal dәnizinә qәdәr uzanan 287
alman dili әrazisindә ḃ-nın d-ya keçmәsi ümumi sәciyyә