Page 285 - Ferdinand de Sössür_Layout 1
P. 285
Ümumi dilçilik kursu
mane olmaqla; gah da müsbәt innovasiyaların әldә edilib
yayılması yolu ilә birlәşmәyә әlverişli şәrait yaratmaqla.
Qarşılıqlı ünsiyyәt qüvvәlәri fәaliyyәtinin bu ikinci növü
dialekt hadisәlәrinin coğrafi hüdudlarına tәtbiqdә dalğa
terminini işlәtmәyә haqq qazandırır; izoqlossem xәtti özünü
elә bir kәnar xәtt kimi tәqdim edir ki, sanki su son hәddinә
çatıb hәr an daşa bilәr.
Bәzәn biz heyrәtlә qeyd edirik ki, eyni bir dilin bir-
birindәn olduqca uzaq şivәlәrindә ümumi cәhәtlәr müşahidә
edilir: bu onunla izah olunur ki, ilkin olaraq hansısa әrazinin
bir mәntәqәsindә meydana çıxan dәyişmәnin yayılması üçün
qarşıya heç bir maneә çıxmır, o da yavaş-yavaş әn uzaq
yerlәrә gedib çatır. O yerdә ki yalnız hissolunmaz aramsız
keçidlәr özünü göstәrir, hәmin dil mühitindә qarşılıqlı
ünsiyyәtin fәaliyyәtinә heç nә mane ola bilmәz.
Ayrıca dil faktının bu cür yayılması, hansı hәddә olur-
olsun, zaman tәlәb edir. Vә hәmin zamanın nә qәdәr
sürdüyünü bәzәn ölçmәk dә mümkündür. Deyәk ki, ünsiyyәt,
frank lәhcәsinin әrazisi istisna olmaqla, әvvәlcә 800 vә 850-
ci illәr arasında cәnubun hәr yerindә mövcud olmuş ḃ sәsinin
ḋ-ya keçidini bütün Almaniyaya yaymışdır, frank lәhcәsi
әrazisindә isә ḃ cingiltili ḋ sәsindә saxlanmış, öz yerini yalnız
sonralar d-ya vermişdir. T-nın ts-ya keçmәsi daha dar
çәrçivәdә baş vermiş, ilk yazılı abidәlәrin yaranmasından
әvvәlki dövrdәn başlamışdır: Alplarda tәxminәn 600-cü ildә
meydana çıxıb hәm şimala, hәm dә cәnuba – Lombardiyaya
yayılmış olmalıdır. t hәlә VIII әsr Türingen xartiyasında
özünü göstәrir. Bizә daha yaxın olan dövrlәrdә alman Ȋ vә Ȗ-
su diftonqa çevrilmişdir (müqayisә et: mȊn әvәzinә mein
‘mәnim’ , brün әvәzinә braun ‘qәhvәyi’); tәxminәn 1400-cü
ildә Boqemiyada meydana çıxan bu hadisә üçün 300 il lazım
gәlmişdir ki, Reynә çatıb indi әhatә etdiyi sahәni tutsun.
Hәmin dil faktları sanki yeni-yeni әyalәtlәri yoluxduraraq
yayılmışlar. Vә tamamilә mümkündür ki, dil innovasi -
285
yalarının bütün dalğalarının vәziyyәti belәdir: hәr biri hansısa