Page 290 - Ferdinand de Sössür_Layout 1
P. 290
Ferdinand de Sössür
İlk hindavropaçılar buna oxşar sәhvlәrә yol vermişlәr.
Onlar bir-birindәn әsaslı dәrәcәdә ayrılmış dil ailәlәrini
öyrәnәrkәn tәsәvvür etmәyiblәr ki, hәmin diferensiasiya
coğrafı bölünmә ilә deyil, başqa yolla da gedә bilәr.
Əslindә, әrazilәri ayrı olan dillәrin müxtәlifliyini tәsәv -
vür etmәk asandır, sәthi müşahidә zamanı isә hәmin ayrılıq
diferensiasiya faktının özünün izahı üçün zәruri vә kifayәtdir.
Lakin bu hәlә tam izah deyil: haqqında bәhs etdiyimiz
alimlәr dil anlayışını xalq anlayışı ilә әlaqәlәndirmiş vә
ikincinin kömәyi ilә birincini izah etmişlәr; onlar slavyanları,
germanları, keltlәri vә s. bir pәtәkdәn ardıcıl olaraq uçub
gedәn bir neçә arı beçәsi kimi tәsәvvür etmişlәr. Doğma
zәmindәn qopmuş hәmin tayfalar guya ümumi hind-Avropa
dilini özlәri ilә köçüb getdiklәri müxtәlif әrazilәrә aparmışlar.
Hәmin baxışın sәhv olduğunu dәrk etmәk üçün xeyli vaxt
tәlәb olunmuşdur; yalnız 1872-ci ildә İ. Şmidtin “Die Ver -
wandtschaftsverhältnisse der indogermanischen Sprachen”
әsә ri dilçilәrin gözünü açdı vә “dalğa nәzәriyyәsi” (Wellent -
heorie) adı ilә tanınan fasilәsizlik nәzәriyyәsinin әsasını
qoydu. Aydın oldu ki, hind-Avropa dillәri arasındakı qar -
şılıqlı әlaqәni izah etmәk üçün onların öz yerlәrindә
diferensiasiyasını fәrz etmәk kifayәtdir; bunun üçün xalqların
bir-birinә münasibәtdә miqrasiya nәticәsindә mәkanda
yerlәrini dәyişmәlәrinә heç bir zәrurәt yoxdur.
Dialekt fәrqlәri onların hәlә müxtәlif yerlәrdә mәskun -
laşmalarına qәdәr yaşadığı mühitdә inkişaf edә bilәrdi vә
etmәli idi. Belәliklә, dalğa nәzәriyyәsi bizi yalnız hind-
Avropa dillәrinin tarixәqәdәrki dövrünә daha doğru yanaş -
mağa gәtirib çıxarmır, hәm dә dil diferensiasiyasının bütün
hadisәlәrinin әsas qanunla rı nı vә dillәrin qohumluğunu
müәyyәn edәn şәrtlәri aşkarlayır.
Bununla belә, miqrasiya nәzәriyyәsinә qarşı qoyulan
dalğa nәzәriyyәsi onu rәdd etmir. Hind-Avropa dillәrinin
tarixi bizә köçlәr nәticәsindә xalqların öz dil ailәlәrindәn
290
ayrılmasının çoxlu nümunәlәrini verir. Vә bu vәziyyәt