Page 295 - Ferdinand de Sössür_Layout 1
P. 295
Ümumi dilçilik kursu
başlanılaraq hәmin dövrә xas olan formaların nә ilә sonuc -
lanması yox, hәmin dövrdәkilәri doğura bilәcәk daha qәdim
formaların necә olması aydınlaşdırılır.
Prospektiv metodun, sadәcә, rәvayәtә gәtirib çıxardığı,
bütövlükdә mәnbәlәrin tәnqidinә söykәndiyi halda, retros -
pektiv araşdırma müqayisәyә әsaslanan rekonstruksiya
metodunu tәlәb edir. Tәcrid olunmuş bir işarә üçün ilkin
formanı müәyyәnlәşdirmәk olmaz, halbuki iki müxtәlif, lakin
mәnşәcә ümumi işarә, mәsәlәn, latınca pater, sanskritcә pitar
– ‘ata’ vә ya latınca ger-ö ‘daşıyıram’ ilә ges-tus (ger-önın
keçmiş zaman feli sifәt forması)un әsasları müqayisә
nәticәsindә, onları hansısa prototiplә bağlayan diaxron vahidi
müәyyәnlәşdirmәyә imkan verir ki, bu da induksiya yolu ilә
bәrpa oluna bilәr. Müqayisә üzvlәrinin sayı nә qәdәr
çoxdursa, hәmin induksiya da o qәdәr dәqiq olur, kifayәt
qәdәr zәngin faktlar olanda әsl rekonstruksiyaya gәtirib
çıxara bilir.
Eyni şey bütövlükdә dilә dә aiddir. Bask dilindәn öz-
özlüyündә heç nә әxz etmәk olmaz, çünki tәcrid edildiyindәn
müqayisә üçün material vermir. Lakin yunan, latın, әski
slavyan vә s.dәn ibarәt qohum dillәr qrupundan müqayisә
yolu ilә ilkin ümumi elementlәri aşkarlamaq vә hind-Avropa
uludilinin ümumi fızionomiyasını mәkanca bölünәnәcәn
necә idisә, o cür bәrpa etmәk mümkün olmuşdur. Bütövlükdә
bütün dil ailәsi üçün nә edilmişsә, daha mәhdud miqyaslarda
tәkrar olunmuşdur; lakin zәruri vә mümkün olan hәr yerdә
dil ailәsinin hәr bir hissәsi üçün eyni üsulların kömәyindәn
istifadә edilmişdir. Mәsәlәn, deyәk ki, çoxsaylı german dillәri
bilavasitә, yәni yazılı abidәlәrdә müәyyәnlәşmiş şәkildә, bu
dillәrin hamısının törәdiyi ümumgerman uludili isә bizә
yalnız vasitә ilә – retrospektiv metodun sayәsindә mәlumdur.
Dilçilәr başqa dil ailәlәrinin ilkin birliyini çox vә ya az uğurla
mәhz hәmin üsullarla araşdırmışlar.
Demәli, retrospektiv metod bizә dilin keçmişinә әn
qәdim sәnәdlәrdәn dә dәrinә nüfuz etmәk imkanı verir. De - 295
yәk ki, latın dilinin prospektiv tarixi ancaq e. ә. III vә ya IV