Page 298 - Ferdinand de Sössür_Layout 1
P. 298
Ferdinand de Sössür
II FƏSİL
ƏN QƏDİM DİL VƏ ULUDİL
İlk hindavropaçılar nә müqayisәnin hәqiqi yerini, nә dә
rekonstruksiya metodunun әhәmiyyәtini bilirdilәr. Onların
әn gözәdәyәn yanlışlıqlarının biri bununla izah edilir:
müqayisәdә sanskritә şişirdilmiş, demәk olar ki, әvәz -
olunmaz yer verirdilәr. Vә sanskrit әn qәdim hind-Avropa
dili olduğundan, protip, yәni uludil sәviyyәsinә qaldırılmışdı.
Lakin hansısa hind-Avropa pradilinin sanskrit, yunan,
slavyan, kelt, italyan dillәrini törәtmәsini güman etmәk – bir
şey, bu dillәrdәn birini hind-Avropa dilinin yerinә qoymaq –
başqa şeydir. Bu kobudcasına qarışıqsalma müxtәlif vә çox
sәhv nәticәlәrә gәtirib çıxarmışdır. Doğrudur, hәmin hipotez,
bizim indicә etdiyimiz kimi, heç zaman belә sәrt formulә
edilmәmişdir, praktikada onu sakitcә hәyata keçirmişlәr.
Bopp sanskritin hind-Avropa dillәrinin ümumi mәnbәyi
olduğunu düşünmәdiyini yazırdı, lakin bununla yanaşı,
hәmin mülahizәlәrin problematik dә olsa yaşamaq imkanını
qәbul edirdi.
Bu bizi aşağıdakı mәsәlәnin qoyuluşuna gәtirib çıxarır:
bir dilin o birindәn daha qәdim, yaxud daha әski olması nә
demәkdir? Nәzәri olaraq burada üç izah mümkündür:
1. Hәr şeydәn әvvәl, bu vә ya digәr dilin mütlәq
başlanğıc, çıxış nöqtәsi olması barәdә düşünmәk olar. Lakin
әn sadә bir mühakimә bu qәnaәt üçün kifayәtdir: elә bir dil
yoxdur ki, ona hansısa yaşı vermәk mümkün olsun, hәr bir
dil istәnilәn mәqamda ona qәdәr mövcud olan vәziyyәtin
davamından başqa bir şey deyil. Bu baxımdan dilin inkişafi
insan nәslinin inkişafindan fәrqlәnir: dil inkişafinın mütlәq
298
fasilәsizliyi onda nәsillәrin bir-birinin ardınca gәlmәsini