Page 303 - Ferdinand de Sössür_Layout 1
P. 303
Ümumi dilçilik kursu
lәndirmәliyәm: latınca meliörem (melior ‘әn yaxşı’nın tәsirlik
halı)i yunanca hėdiö (hėdiön ‘daha gözәl’in tәsirlik halı) ilә
mü qayisә etmәk olar, çünki fonetik cәhәtdәn birinci *meli -
osem, *meliosm-a, ikinci isә *hädio-ya, *hädios-a, *hädiosm-a
gedib çıxır.
Demәli, dilçilikdә müqayisә mexaniki әmәliyyat olma -
yıb, izah üçün material verә bilәcәk bütün mәlumatların
tutuşdurulmasını tәlәb edir. Lakin müqayisә hәmişә hansısa
müәyyәn formulla ifadә olunub, әvvәl mövcud olan nәyisә
bәrpa etmәyә cәhd olunan fәrziyyәyә gәtirib çıxarmalıdır;
müqayisә hәmişә formaların rekonstruksiyası ilә sonuclan -
malıdır.
Bununla belә, retrospektiv yanaşma daha erkәn vәziy -
yәtin bütöv vә konkret formalarının mütlәq rekonstruk -
siyasını tәlәb edirmi? Vә ya әksinә, biz sözlәrin hissәlәrinә
aid olan, mәsәlәn, latınca fümus-dakı (‘tüstü’) f ümumi -
talyandakı ḃ-ya uyğundur, yaxud yunanca állo ‘başqası’ ,
latınca aliud ‘başqası’ndakı ilk elementlәr hind-Avropa dilin -
dә a olmuşdur kimi mücәrrәd xüsusi iddialarla kifayәt -
lәnmәliyikmi? Retrospektiv yanaşma öz vәzifәlәrini ikinci
dәrәcәli axtarışlarla mәhdudlaşdıra bilәr; hәtta iddia etmәk
olar ki, onun analitik metodunda xüsusi halların tәsbitindәn
başqa mәqsәdi yoxdur. Lakin sәn demә, tәcrid olunmuş
faktlar mәcmusundan daha ümumi nәticәlәr çıxarmaq olar:
mәsәlәn, indicә qeyd etdiyimiz latınca fümus-la bir sıra
analoji faktlar әminliklә iddia etmәyә imkan verir ki, ḃ
ümumitalyan dilinin fonoloji sisteminә daxil olmuşdur. Vә
eyni şәkildә, necә deyәrlәr, hind-Avropa әvәzlik hallan -
masında hәmin mәnalı sifәt m şәkilçisindәn fәrqli olaraq orta
cins tәk -d şәkilçisinin әldә olunmasını iddia etmәk müm -
kündürsә, onda bu, ayrı-ayrı tәsbitlәrin mәcmusundan әxz
olunmuş ümumi morfoloji faktdır (müqayisә et: latınca istud
‘bu’, aliud ‘başqası ’ – bonum ‘yaxşı’, yunanca tό ‘orta cins
artiklı’ ← *tod , állo ‘başqası’ ← *allod - kalόn ‘gözәl’, ingilis -
303
cә that ‘bu’ vә s.). İrәli getmәk olar: hәmin ayrı-ayrı faktları