Page 299 - Ferdinand de Sössür_Layout 1
P. 299
Ümumi dilçilik kursu
görmәyә imkan vermir. Qaston Paris haqlı olaraq “dil-ana”
vә “dil-qız” konsepsiyasına qarşı üsyan etmişdi, çünki hәmin
konsepsiya fasilәsizliyi nәzәrdә tutur. Nәticә etibarilә, bu
mәnada bir dilin o birindәn yaşlı olmasını söylәmәk mümkün
deyil.
2. Bunun ardınca, hesab etmәk olar ki, bir dilin vәziyyәti
o birindәn daha çox qәdim zamana aiddir: deyәk ki, әhәmәni
kitabәlәrinin fars dili Firdovsinin farscasından qәdimdir. Bu
xüsusi halda biri dәqiq şәkildә o birindәn әmәlә gәlmiş iki
lәhcә barәsindә söhbәt getdiyindәn vә hәr ikisi bizә tanış
olduğundan, öz-özlüyündә aydındır ki, bu şәraitdә qәdim
olan hansıdır. Lakin hәmin şәrtlәrin hәr ikisi yerindә olmasa,
qәdimlik heç bir әhәmiyyәtә malik deyil: deyәk ki, yalnız
1540-cı ildәn mәlum olan Litva dili bu baxımdan X әsrdәn
mövcud olan әski slavyan, yaxud hәtta veda sanskritindәn az
qiymәtli deyil.
3. Nәhayәt, “qәdim” sözü dilin daha arxaik vәziyyәtinә,
yәni elә vәziyyәti nә aid edilә bilәr ki, formalar öz ilkin
örnәklәrinә yaxındır, bu isә tarix göstәrmәkdәn asılı deyil.
Bu mәnada demәk olardı ki, XVI әsr Litva dili e. ә. III әsrin
latın dilindәn qәdimdir. Demәli, sanskriti başqa dillәrlә
müqayisәdә daha qәdim saymaq yalnız ikinci vә ya üçüncü
mәnada mümkündür. Vә әslindә isә, o, başqa hind-Avropa
dillәrindәn hәm ikinci, hәm dә üçüncü mәnada qәdimdir. Bir
tәrәfdәn hesab edilir ki, veda himnlәri әn qәdim yunan
mәtnlәrindәn әvvәldir, başqa tәrәfdәn (bu olduqca vacibdir)
onda qorunub saxlanan arxaik әlamәtlәrin mәcmusu başqa
dillәrlә müqayisәdә daha әhәmiyyәtlidir. Sanskriti nәdәsә
hind-Avropa ailәsinin bütün başqa dillәrinin әcdadına çevirәn
qәdimlik barәdәki kifayәt qәdәr dumanlı tәsәvvürün
nәticәsindә, onun uludil olması ideyasından azad olmuş
dilçilәr belә sonralar dәfәlәrlә hind-Avropa uludilinin
budaqlarından biri kimi sanskritin dәlillәrinә hәddindәn artıq
299
әhәmiyyәt vermәkdә davam etmişlәr.