Page 296 - Ferdinand de Sössür_Layout 1
P. 296
Ferdinand de Sössür
әsrlәrdәn başlayır, lakin hind-Avropa pradilinin bәrpası yolu
ilә ilkin birlikdәn bizә mәlum olan ilk latın abidә lә -
rinәqәdәrki müddәtdә nә baş verә bilәrdisә, o barәdә tәsәvvür
yaratmağa nail olunmuşdur. Yalnız bundan sonra inkişafin
prospektiv mәnzәrәsini vermәk mümkün olmuşdur.
Tәkamül dilçiliyini bu baxımdan, tarixi elm olan
geologiya ilә müqayisә etmәk mümkündür; geologiya bәzәn
mövcud vәziyyәti, zaman etibarilә әvvәl nәlәr olduğuna fikir
vermәdәn artıq qәrarlaşmış vәziyyәti (mәsәlәn, Cenevrә gölü
hövzәsinin indiki vәziyyәtini ) tәsvir edir; lakin başlıca
olaraq o, ardıcıllığı diaxron cәrgәlәr yaradan hadisәlәrlә,
transformasiyalarla mәşğul olur. Doğrudur, nәzәri olaraq
prospektiv geologiya barәdә düşünmәk mümkündür, lakin
faktiki olaraq onun baxışı, hәr şeydәn әvvәl, retrospektivdir.
Yer sәthinin bu vә ya digәr nöqtәsindә baş verәnlәr barәdә
danışmağa başlamazdan qabaq hadisәlәr zәncirini bәrpa
etmәk vә ya Yer kürәsinin hәmin hissәsini indiki vәziyyәtә
mәhz nәyin gәtirib çıxardığını araşdırmaq lazım gәlir.
Aydındır ki, hәr iki perspektivin metodları kәskin şәkildә
ayrılır vә bundan başqa, onların xalis didaktik baxımdan eyni
zamanda bir şәrhdә tәtbiqi mәqsәdәuyğun deyil. Belә ki,
fonetik dәyişmәlәrin öyrәnilmәsi zamanı bu vә ya digәr
metodun istifadәsindәn asılı olaraq iki tamamilә müxtәlif
mәnzәrә alınır. Prospektiv metoda istinad edәrәk, öyrәnmәyә
çalışırıq ki, mәsәlәn, klassik latın dilinin ӗ sәsi fransız dilindә
nәyә çevrilmişdir. Sәn demә, tәkcә hәmin sәs öz
tәkamülündә müxtәlif yollar keçәrәk bir neçә fonem üçün
mәnbә olmuşdur; müqayisә et: pӗden ‘ayağı’ → pje (pied
yazılır) ‘ayaqlar’, vӗntum ‘külәyi’ (tәsirlik hal)→ vä ( vent
yazılır) ‘külәk’ , tӗctum ‘yatağı ’ (tәsirlik hal) → li (lit yazılır)
‘yataq, çarpayı’ , nӗcäre ‘öldürmәk’ → nwaje (noyer yazılır)
‘yandırmaq, qәrq etmәk’ vә s. Əgәr fransız dilindә açıq Ɛ-nin
latın dilindә özünü necә göstәrdiyini retrospektiv kәsikdә
araşdırsaq, mәlum olacaq ki, hәmin vahid sәs bir neçә ilkin
296 müxtәlif fonemin son nöqtәsidir: müqayisә et: tƐr (terre
yazılır) ‘torpaq’ → tӗrram ‘torpağı’, V Ɛ rƷ ( verge yazılır)