Page 300 - Ferdinand de Sössür_Layout 1
P. 300
Ferdinand de Sössür
A. Pikte “Les origines indo – europeennes” әsәrindә
özlәrinin xüsusi dilin dә danışan ibtidai hind-Avropa xalqının
mövcudluğunu açıqca etiraf etsә dә, әmindir ki, hәr şeydәn
әvvәl sanskritin göstәricilәrinә müraciәt etmәk lazımdır,
çünki öz dәyәrliliyinә görә hәmin göstәricilәr eyni ailәnin
başqa dillәrinin bir yerdә verdiyi mәlumatdan üstündür.
Mәhz bu yanılma nәticәsindә uzun illәr birincidәrәcәli
problemlәr, mәsәlәn, ilkin saitlәr problemi qaranlıq qal -
mışdır.
Bu sәhv dәfәlәrlә ayrı-ayrı hallarda tәkrar edilmişdir.
Hind-Avropa ailәsinin ayrı-ayrı budaqlarını öyrәnәrkәn
mәşhur dillәrdәn әn qәdimlәrini bütün qrupun adekvat vә
kafi nümayәndәlәri saymaq meyli özünü göstәrmişdir, hәm
dә hәmin budağın prototipinin başlanğıc vәziyyәtinin
sәciyyәsini dәqiq aydınlaşdır ma ğa cәhd edilmәmişdir.
Mәsәlәn, deyәk ki, pragerman dili barәdә danışmaq әvәzinә,
sadәcә, başqa german dialektlәrindәn bir neçә әsr әski olan
qot dilinә istinad etmәkdәn çәkinmәmişlәr, belәliklә, qot dili
prototipin yerdә qalan bütün german lәhcәlәri mәnbәnin
mövqeyini zәbt etmişdir. Uzun zaman slavyan dillәrinә
münasibәtdә X әsrdәn mәlum olan yalnız kilsә-slavyan (=
әski slavyan) dilinә әsaslanmışlar, çünki o biri slavyan dillәri
daha sonrakı dövrlәrdәn mәlumdur.
Faktiki olaraq, tәsadüfi hallarda rast gәlinir ki, dilin yazı
vasitәsilә müxtәlif müddәtlәrdә qәrarlaşdırılmış iki forması
eyni lәhcәni hәmin dilin tarixinin iki müxtәlif mәqamında
dәqiq tәqdim etsin. Çox hallarda biz linqvistik baxımdan biri
digәrinin davamı olmayan iki dialektlә qarşılaşırıq. Hәmin
qaydanı tәsdiq edәnlәr içәrisindә latın dilinә münasibәtdә
roman dillәri istisna tәşkil edir: fransız dilindәn latına
çıxarkәn biz hәmişә vertikal bir düz xәtt üzәrindә oluruq.
Hәmin dillәrin tutduqları әrazi latın dilindә danışılan әrazi
ilә tәsadüfәn uyğun gәlir. Vә onların hәr biri tәkamül yolu
300
keçmiş latın dilindәn başqa bir şey deyil. Hәmçinin, artıq
gördüyümüz kimi, Dara kitabәlәrinin qәdim fars dili özünü