Page 305 - Ferdinand de Sössür_Layout 1
P. 305
Ümumi dilçilik kursu
kömәyi ilә nisbәtәn asanlıqla sinxron vә diaxron sıraya aid
olan çoxlu ümumi faktlar müәyyәn edilir. Hind-Avropa
dilinin әsas әlamәtlәri rekon struksiyanın yekunu nәticә sindә
dәrhal lazımi aydınlıq әldә edir; mәsәlәn, belә bir fakt:
sözdüzәldici son şәkilçilәr, başqaları da daxil olmaqla,
müәyyәn elementlәrdәn (t, s, r, vә s.) tәşkil olunmuşdur.
Yaxud: alman feillәrinin vokalizmә görә mürәkkәb rәnga -
rәngliyi (müqayisә et: werden, wirst, ward, wurde, worden)
özündә eyni ilkin әvәzlәnmәni ehtiva edir: e- o- sıfir. Bununla
da dolayısı ilә sonrakı dövrlәrin tarixi tәdqiqi tamamilә
asanlaşır: ilkin rekonstruksiyanın kömәyi olmadan tarixә -
qәdәrki dövrdәn başlayaraq neçә әsrlәr boyu baş verәn
dәyişmәlәri aydınlaşdırmaq çox çәtin olardı.
305