Page 309 - Ferdinand de Sössür_Layout 1
P. 309
Ümumi dilçilik kursu
IV fәsil
ANTROPOLOGİYADA VƏ
TARİXƏQƏDƏRKİ DÖVRDƏ DİLİN
DƏLİLLƏRİ
§l. Dil vә irq
Retrospektiv metod sayәsindә dilçi geriyә – әsrlәrin
dәrinliyinә qayıdıb xalqların hәlә tarix arenasına çıxmadığı
dövrdә danışdıqları dillәri bәrpa edә bilәr. Lakin bu cür
rekonstruksiyalar xalqların özlәri, irqi mәnsubiyyәtlәri,
mәnşәlәri, ictimai münasibәt vә qurumları, mәnәviyyatları
vә s. barәdә mәlumat verә bilәrmi? Bir sözlә, dil antropo -
logiyaya, etnoqrafiyaya, tarixәqәdәrki dövrә kömәk etmәk
imkanına malikdirmi? Adәtәn buna müsbәt cavab verirlәr,
lakin biz güman edirik ki, hәmin әminlikdә böyük illüziya
vardır. Bu problemin bәzi tәrәflәrini qısaca nәzәrdәn keçirәk.
İrqlәrdәn başlayaq. Dil birliyindәn qan birliyi barәdә nәticә
çıxarmaq, dil ailәsi anlayışının arxasında antropoloji ailә
anlayışının olduğunu düşünmәk sәhvdir. Hәqiqәt bu qәdәr
sadә deyil. Mәsәlәn, antropoloji әlamәtlәri olduqca aydın
olan german irqi mövcuddur: gümüşü saçlar, uzanmış çәnә,
hündür boy vә s. Bu irq daha mükәmmәl şәkildә Skandinav
tipindә tәzahür edir. Yeri gәlmişkәn, german dillәrindә
danışan xalqlar heç dә bu әlamәtlәrә bütünlüklә cavab
vermirlәr: belә ki, Alp dağlarının әtәklәrindә yaşayan
alemanlar öz antropoloji tiplәrinә görә skandinavlardan
mahiyyәtcә fәrqlәnirlәr. Lakin uzaqbaşı güman etmәk
olmazmı ki, dil öz-özlüyündә ilkin olaraq bir irqә mәnsub
olur vә әgәr hәmin dildә bu irqә yad xalqlar danışırlarsa, 309
onun nәticәsidir ki, haqqında söhbәt gedәn dil bu xalqlara