Page 311 - Ferdinand de Sössür_Layout 1
P. 311
Ümumi dilçilik kursu
§2. Etnizm
Dilin göstәricilәri nә barәdә şәhadәt verir? İrq birliyi öz-
özlüyündә yalnız ikincidәrәcәli vә dil yaxınlığı üçün qeyri-
vacib amil ola bilәr. Lakin sonsuz dәrәcәdә daha zәruri,
yeganә әhәmiyyәtli, ictimai әlaqәlәr zәminindә meydana
çıxan başqa bir birlik dә var – onu etnizm adlandıracağıq.
Etnizm dedikdә hәtta müxtәlif irqi mәnşәdәn olan xalqlar
arasında hәr hansı siyasi әlaqәnin iştirakı olmadan qurulan
din, mәdәniyyәt, birgә müdafiә vә s. sahәlәrdәki rәngarәng
qarşılıqlı әlaqәlәr birliyini başa düşürük.
Bizim yuxarıda artıq tәsbit etdiyimiz qarşılıqlı әlaqә
münasibәti mәhz etnizmlә dil arasında müәyyәnlәşdirilir.
İctimai әlaqәlәr dil ümumiliyi yaratmaq meylinә malik olub
özünün bir sıra әlamәtlәrini, ola bilsin ki, hәmin ümumi dilin
üzәrinә qoysun. Vә әksinә, dil ümumiliyi müәyyәn ölçüdә
etnik birliyi dә yaradır. Bu sonuncu, ümumiyyәtlә, dil
yaxınlığını izah etmәk üçün tamamilә kifayәtdir. Mәsәlәn,
orta әsrlәrin әvvәllәrindә olduqca müxtәlif mәnşәli xalqları
siyasi әlaqәlәrin iştirakı olmadan birlәşdirәn roman etnizmi
mövcud idi. Başqa tәrәfdәn, etnik birlik barәdәki mәsәlәyә
dair mәlumatı hәr şeydәn әvvәl dildәn almaq lazımdır, çünki
onun göstәricilәri başqalarından daha әhәmiyyәtlidir. Buna
bir misal: qәdim İtaliyada latınlarla yanaşı, etrusklarla da
qarşılaşırıq; onların ümumi mәnşәyini tapmaq ümidi ilә
aralarındakı ümumiliklәri axtararkәn hәmin xalqların qoyub
getdiklәri nә varsa, ona müraciәt etmәk olar – maddi abidәlәr,
dini ayinlәr, siyasi tәsisatlar vә s. Lakin bu yolla dilә müraciәt
etdiyimiz zaman әldә etdiyimiz әminliyә heç zaman nail
olmayacağıq: dördcә sәtirlik etrusk mәtni әmin olmaq üçün
kifayәtdir ki, hәmin dildә danışan xalq latın dilindә danışan
etnik qrupdan köklü şәkildә fәrqlәnmişdir.
Demәli, bu baxımdan vә göstәrilәn sәrhәddә dil – tarixi 311
sәnәd ola bilәr: mәsәlәn, hind-Avropa dillәrinin bir ailә