Page 315 - Ferdinand de Sössür_Layout 1
P. 315
Ümumi dilçilik kursu
yәnlәşdirmәyә imkan vermir ki, bir sıra dillәrdә eyni sözün
mövcudluğu alınmanın nәticәsi kimi izah olunsun, yoxsa bu,
onun mәnşәyinin varislik ortaqlığını sübut edir.
Bu heç dә o demәk deyil ki, bәzi ortaq әlamәtlәri, hәtta
hansısa konkret faktları әminliklә ayırıb göstәrmәk olmaz;
mәsәlәn, qohumluq terminlәrinin ümumiliyinә çox sayda
rast gәlinir vә onlar öz aydınlığını zәmanәmizә qәdәr
qoruyub saxlamışdır. Bunun nәticәsindә iddia etmәk olar ki,
hindavropalılarda ailә ardıcıl olduğu qәdәr dә mürәkkәb
imiş. Bu baxımdan onların dili elә çalarları aşkar edir ki,
hәmin çalarlar o biri dillәrdә ifadә oluna bilmәz, mәsәlәn,
fransız cada... Mәsәlәn, Homerdә eináteres “gәlinlәr”i (qar -
daşların arvadlarını), galόöi isә ‘baldızlar’ı (әrin bacıları)
bildirir, latınca janitrȋcёs yunanca eináteres-ә hәm forma, hәm
dә mәnaca uyğun gәlir. “Kürәkәn” (bacının әri) “baca -
naq”dan (bacıların әrlәri) fәrqli ada malikdir. Belәliklә, bu-
rada qohumluq münasibәtlәrinin dәrindәn detallaşdırılması
tәzahür edir. Halbuki, adәtәn әn ümumi mәlumatla
kifayәtlәnmәk lazım gәlir. Heyvanlara münasibәtdә dә
belәdir: mühüm cinslәrin, mәsәlәn, iribuynuzlu heyvanların
adlandırılma sında biz “inәk” mәnalı yunanca boȖs, almanca
Kuh, sanskritcә gau-s vә s. arasında yalnız uyğunluq gör-
mürük, hәmçinin hind-Avropa *g öu-s-nu da bәrpa edә
2
bilirik, lakin görürük ki, müvafiq sözlәrin hallanması bütün
dillәrdә eyni әlamәtlә sәciyyәlәnir; halbuki söhbәt sonrakı
alınmalardan getsәydi, bu, mümkün olmazdı.
Müәyyәn yayılma zonası ilә sәrhәdlәnәn vә sosial
quruluşa aid olan başqa bir morfoloji fakt üzәrindә bir qәdәr
әtraflı dayanaq .
Latınca dominus ‘sahib, cәnab’ ilә latınca domus ‘ev’in
әlaqәsi ilә bağlı, nә dediyimizdәn asılı olmayaraq, dilçilәr
özlәrini tam әmin olmuş saymırlar, çünki burada -no
sözdüzәldici son şәkilçisinin düzәltmә ad yaratmaq üçün
istifadәsi yüksәk dәrәcәdә qeyri-adidir. Yunan dilindә oȋkos
‘ev’dәn *oiko-no-s vә ya *oike-no-s, sanskritcә açva ‘at’dan 315
*açva-na kimi törәmәlәr yoxdur. Lakin mәhz az tәsadüf