Page 319 - Ferdinand de Sössür_Layout 1
P. 319
Ümumi dilçilik kursu
V fәsil
DİL AİLƏLƏRİ VƏ DİL TİPLƏRİ
Biz indicә gördük ki, dil danışanların tәfәkkürünә
bilavasitә tabe deyil. Nәticәdә, hәmin prinsipdәn irәli gәlәn
bir mәsәlәyә xüsusi diqqәt yetirәk: heç bir dil ailәsi hәmişәlik
müәyyәn dil tipinә aid olmur.
Müәyyәn dil qrupunun hansı tipә aidliyini soruşmaq
dillәrin tәkamül prosesi keçirdiyini unudaraq, hәmin
tәkamüldә hansısa dәyişmәzlik elementinin varlığını güman
etmәk demәkdir. Lakin әslindә heç bir sәrhәd tanımayan bu
inkişafın hüdudlarını nәyin әsasında güman etmәk haqqımız
vardır?
Doğrudur, çoxları hansısa dil ailәsinin sәciyyәvi әla -
mәtlәri barәdә danışarkәn daha çox onun uludilinin sәciyyәsi
barәdә düşünürlәr. Vә bu halda problem tamamilә hәll edilә
bilәr, çünki söhbәt müәyyәn dildәn vә müәyyәn dövrdәn
gedir. Bununla belә, kimsә dildә üzәrindә nә mәkanın, nә dә
zamanın hökmü olmayan hansısa daimi әlamәtlәrin möv -
cudluğunu güman edәcәksә, o, tәkamül dilçiliyinin әsas
prinsiplәrinә bilavasitә qәsd edәcәkdir. Mahiyyәtcә dәyişmәz
әlamәtlәr olmur, onlar yalnız tәsadüfi olaraq qorunub saxlana
bilәr.
Nümunә üçün hind-Avropa ailәsini götürәk. Hәmin ailә -
nin әmәlә gәldiyi dilin sәciyyәvi әlamәtlәri bizә mәlumdur:
olduqca sadә sәs sistemi; heç bir mürәkkәb samit birlәşmәsi,
heç bir samit ikilәşmәsi yoxdur, tәbiәti etibarilә tamamilә
qrammatik olan, yüksәk dәrәcәdә ardıcıl әvәzlәnmә sistemi
ilә sәciyyәlәnәn kasıb vokalizm prinsipcә sözün istәnilәn
hecasına düşәn, ona görә dә qrammatik qarşılaşmanı qeyd
etmәk üçün istifadә olunan musiqili vurğu; istisnasız olaraq
uzun vә qısa hecaların qarşılaşdırılmasına әsaslanan kәmiy - 319
yәt ritmi; mürәkkәb vә düzәltmә sözlәrin yaranması üçün