Page 323 - Ferdinand de Sössür_Layout 1
P. 323

Ümumi dilçilik kursu

          burada kökün özünә xas nә isә görmәk mümkündürmü? Heç
          cür! Mәsәlә, sadәcә olaraq, ondan ibarәtdir ki, sami dillәri
          bir çox başqalarından fonetik dәyişmәlәrә az mәruz
          qalmışdır, bunun da nәticәsindә onlarda samitlәr başqa
          dillәrdәkindәn daha yaxşı saxlanmışdır. Belәliklә, bütün
          bunlar öz sәciyyәsi etibarilә dәyişmәz olan qrammatik
          hadisәlәrin deyil, tamamilә sırf fonetik tәkamülün nәticәsidir.
          Kökün dәyişmәzliyini tәsdiq etmәk onun fonetik dәyişik -
          liklәrә heç zaman mәruz qalmadığı iddiasına bәrabәrdir; la -
          kin dәyişmәnin heç zaman baş vermәyәcәyinә zamin durmaq
          olmaz. Ümumiyyәtlә desәk, zaman-zaman nә yaranıbsa,
          zamanla da yenidәn yaradıla, yaxud mәhv edilә bilәr.
             Çoxdan qәbul edilmişdir ki, Şleyxer dilә öz inkişaf
          qanunlarını özündә cәmlәyәn nә isә üzvi bir şey kimi baxaraq
          hәqiqәti tәhrif etmişdir; bununla yanaşı, irq “düha”sının,
          yaxud etnik qrupun dili fasilәsiz şәkildә hansısa müәyyәn
          yola yönәltdiyini güman edәrәk orada, şәksiz-şübhәsiz, başqa
          mәnada nә isә üzvi bir şey görmәkdә davam edirlәr.
             Elmimizin hәmhüdud sahәlәrinә etdiyimiz ekskurslardan
          xalis mәnfi xüsusiyyәtli, lakin daha maraqlı olan aşağıdakı
          prinsip meydana çıxır, bu, kursun әsas ideyası ilә uyğun gәlir:
          Dilçiliyin yeganә vә xalis  obyekti özü-özündә vә özü üçün baxılan
          dildir.

















                                                                     323
   318   319   320   321   322   323   324   325   326   327   328