Page 322 - Ferdinand de Sössür_Layout 1
P. 322
Ferdinand de Sössür
‘sәn (kişi cinsi) öldür!’; son şәkilçi ilә: qät l-ü ‘onlar
e
öldürdülәr’; ön şәkilçi ilә: ji- qtöl ‘o öldürür’; hәr ikisi ilә ji-
qtl- ü ‘onlar öldürdülәr’ vә s. Hәmin faktlarla üz-üzә vә bәzәn
onların şәrh edildiyinin әksinә olaraq, biz dediyimiz prinsip
üzәrindә israr edirik: dәyişmәz әlamәtlәr olmur; onların
daimiliyi tәsadüfi işdir. Əgәr hansısa әlamәt uzun zaman
әrzindә hәr halda qorunub saxlanırsa, onsuz da, istәnilәn
mәqamda itә bilәr. Sami dillәrin әlamәtlәrinә gәldikdә isә
qeyd edәk ki, üç samit “qanun”u hәmin ailә üçün o qәdәr dә
sәciyyәvi deyil, çünki başqa ailәlәrdә dә tamamilә analoji
hadisәlәrә rast gәlirik. Belә ki, hind-Avropa dilindә dә
köklәrin konsonantizmi ciddi qaydalara tabedir: mәsәlәn,
onlarda e-dәn sonra u, r, l, m, n, sırasından iki sәsin birlәş -
mәsinә heç zaman tәsadüf edilmir; *serl tipli kök burada
mümkün deyil. Daha böyük әsasla eyni şeyi saitlәrin sami
dillәrdәki rolu barәdә demәk olar: nә isә analoji hala, hәrgah
az inkişaf etmiş şәkildә, axı hind-Avropa dillәrindә dә rast
e
e
gәlirik: qәdim yәhudicә däbär ‘söz’, d bär- ȋm ‘sözlәr’, dib rё-
kėm ‘sizin sözlәriniz’ kimi qarşılaşma almanca Gast ‘qonaq’;
Gäste ‘qonaqlar’, fliessen ‘axın’: floss ‘axır’ vә s. formaları
xatırladır. Hәr iki halda qrammatik üsulun mәnşәyi eynidir.
Burada da, orada da kor-koranә tәkamülün doğurduğu xalis
fonetik çevrilmәlәrdәn söhbәt gedir. Hәmin tәkamülün
törәtdiyi әvәzlәnmәlәr – müәyyәn qrammatik dәyәrliklәri
onlarla bağlayan vә fonetik inkişafın tәsadüfi hadisәlәrinin
yaratdığı nümunәlәrdә analogiya üzrә onların istifadәsini
yayan şüur tәrәfindәn tutulub saxlanmışdır. Sami kökünün
üçsamitli sәciyyәsinin dәyişmәzliyinә gәldikdә bu, nisbidir
vә mütlәq bir şeyә malik deyil. Buna a priori әmin olmaq
olar; lakin faktlarla da sübut edilir: belә ki, mәsәlәn, qәdim
yәhudicә anäš- ȋm ‘insanlar’ sözünün kökü, gözlәnildiyi kimi,
üç samitdәn ibarәtdir, lakin tәk halda Ȋ š ‘insan’da onlar iki
saitdir. Vә bu, özündә üç samiti birlәşdirmiş daha qәdim
formanın fonetik ixtisarı nәticәsindә yaranmışdır. Yeri
322
gәlmişkәn, hәtta bu әsassız dәyişmәzliyi qәbul etsәk belә,