Page 327 - Ferdinand de Sössür_Layout 1
P. 327
Ümumi dilçilik kursu
F.de Sössürün taleyindә, xüsusilә onun hәyatının keçid
dövründә (1890–1891) hәlledici rolu olmuş әmisi Teodor de
Sössür (1824–1903) hәrbçi idi, iki dәfә Baş Sovetin deputatı
olmuşdu vә elmә xüsusi maraq göstәrirdi. T.de Sössür İsveçrә
incәsәnәt cәmiyyәtinin vә İsveçrә tarixi abidәlәr cәmiyyәtinin
prezidenti olmuş, fransız dili, xüsusi adların orfoqrafiyası
haqqında iki kitabın müәllifi idi. Onun kiçik qardaşı – F. de
Sössürün atası Anri de Sössür (1829–1905) gәncliyindә Antil
adalarına, Meksikaya, Amerika Birlәşmiş Ştatlarına elmi
mәqsәdlә uzunmüddәtli sәyahәtlәr etmişdi. Bu sәfәrlәrdәn en-
tomologiya vә minerologiyaya aid zәngin kolleksiyalarla
qayıtmışdı. Sössürün atası sonrakı hәyatını bütövlükdә ge-
ologiyaya hәsr etmişdi.
F. de Sössürün bir qardaşı Leopold de Sössür (1866–1925)
Vyetnam vә Çin dillәri üzrә mütәxәssis idi, elәcә dә qәdim Çin
astronomiyası ilә maraqlanırdı; o biri qardaşı Rene de Sössür
(1868–193?) riyaziyyatçı idi, hәmçinin tәbii vә süni dillәrin
problemlәrinә hәsr olunmuş bir sıra araşdırmaların müәllifi
idi; üçüncü qardaşı Oras de Sössür (1859–1926) isә rәssam
olmuş, Ferdinand de Sössürün yağlı boya ilә portretini
çәkmişdi – hәmin portret böyük dilçinin ömrünün son gün -
lәrini keçirdiyi Vofflan qalasında saxlanılır.
F.de Sössürün boya-başa çatdığı ailә, mühit onda elmә,
araşdırmaya uşaqlıqdan marağın yaranmasına tәkan verdi. Ana
babasının zәngin kitabxanası vә etnoloji, etimoloji marağı,
söhbәtlәri Sössürdә dilçiliyә hәvәs formalaşdırmışdı. Sössür
sonralar yazırdı: “Dilçilik mәni hәmişә özünә cәlb edirdi”,
“mәn öz zövqümә uyğun qidanı ana babamın kitabxanasında
vә onunla söhbәtlәrimdә tapırdım”. Sössürlәr ailәsinin şәhәr -
kәnarı villasının yaxınlığında ömrünün ahıl çağlarında Adolf
Pikte (1799–1875) yaşayırdı. Geniş erudisiyalı bu insan en-
siklopedik biliklәrә malik idi: dilçi, riyaziyyatçı, filosof... O,
Hind-Avropa dillәri bazasında linqvistik paleontologiyanın
banisiydi. Vә belәliklә, dilçilik mәsәlәlәrilә bağlı Sössürün ilk
327
hәmsöhbәti Hegelin, Şellinqin dostu A. Pikte oldu. Taleyin
qismәti olan bu әlaqә onun dünyagörüşünün orijinal sәmtә