Page 331 - Ferdinand de Sössür_Layout 1
P. 331
Ümumi dilçilik kursu
idi, tarixi-müqayisәli metodun vәtәni Fransa olsa da (alman
dilçilәri sanskritin araşdırma impulsunu buradan almışdılar),
bu barәdә ümumi tәsәvvür belә qalmamışdı. Fransada fәlsәfi
qrammatika әnәnәsi, xüsusilә Kondilyakın görüşlәri Boppun
ideyalarının Fransaya yolunu bağlamışdı. Sonralar Mişel
Brealın Boppu fransızcaya tәrcümәsi bu tarixi әtalәti aradan
qaldırdı. F.de Sössür Parisdә 1881-ci ilin sonlarından
başlayaraq M.Brealın, Darmsteterin, Bergenin, Lui Avenin
dilçiliyin müxtәlif problemlәrinә hәsr olunmuş mühazirәlәrini
dinlәyir. Sössürü “Memuar”ın çap olunmasından tanıyan Lui
Aven mühazirәlәrin birindә burun sonantlarından danışarkәn
Sössürü kafedrada onun yerinә mühazirә oxumağa dәvәt edir.
Burada Sössürün gәlәcәk dilçilik karyerasının formalaş -
masında M.Brealın fәlsәfi qrammatika ilә bağlı ideyalarının,
Kondilyakın işarәnin sәrbәstliyi nәzәriyyәsinin, elәcә dә Por-
Royal qrammatikasının prinsiplәrilә tanışlığının böyük rolu
olmuşdur.
1881-ci ilin payızında Breal Ali tәhsil mәktәbindә dediyi
kursu Sössürә verir. İyirmi dörd yaşlı gәncin tәlәbәlәrlә
ünsiyyәti başlayır. Qot vә yuxarı alman dilinә, yunan vә latış
dillәrinin müqayisәli qrammatikasına, litva dilinә hәsr
olunmuş bu kurslar 1881–1887-ci illәrә tәsadüf edir.
F.de Sössür 1876-cı ildәn Paris linqvistik cәmiyyәtinin
üzvü seçilmişdi, 1882-ci ildә Avenin istefasından sonra o, bu
dilçilik cәmiyyәtindә katibin müavini idi vә “Linqvistik
cәmiyyәtin әsәrlәri” jurnalına redaktorluq edirdi. 1881-ci ildә
A. Xodzko vә A.Qedonun tәklifi ilә Boduen de Kurtene Parisә
dәvәt olunur vә cәmiyyәtin üzvlüyünә qәbul olunur. Bu
mәrasimdә F.de Sössür B.de Kurtene ilә şәxsәn tanış olur.
1889–1890-cı illәrdә Sössür xәstә olduğu üçün öz yerini
tәlәbәsi Meyeyә verir vә birillik mәzuniyyәt götürüb
Cenevrәyә gәlir, mәzuniyyәt bitdikdәn sonra yenidәn Parisә
dönür vә bir tәdris ili dә dәrs deyir. 1891-ci ildә kafedra mü -
dir liyinә başqa bir tәlәbәsinin, A.Dyuvonun tәyin olunmasına
331
zәmanәt verib Fransanı birdәfәlik tәrk edir.