Page 334 - Ferdinand de Sössür_Layout 1
P. 334
Ferdinand de Sössür
lәrinin әhatәsindә dәdә-baba malikanәsi Vofflanda vәfat edir.
... F.de Sössürün ölümündәn әlli il sonra dostları, dünyanın
görkәmli dilçilә ri, onu sevәnlәr bu böyük insanın xatirәsini
yad etmәk üçün Sössürün işlәdiyi, divarları arasında ümumi
dilçilikdәn mühazirә oxuduğu universitetә toplaşmışdılar.
Anım günündә Emil Benvenist çıxış edәrәk böyük
minnәtdarlıq hissi ilә deyirdi: İndi ona nәdәsә borclu olmayan
bircә dilçi dә yoxdur. Elә bir ümumi nәzәriyyә yoxdur ki,
Sössürün adı çәkilmәdәn ötüşsün. Onun tәnha hәyatının ilk
illәri sirlәrlә doluydu... Sössürü müasirlәrindәn fәrqli olaraq
bu gün biz tamamilә başqa cür qәbul edirik. Onun yaradıcılığı
bütöv şәkildә, әn vacib istiqamәtlәriylә mәhz ölümündәn sonra
mәlum oldu vә dilçiliyi möhkәm elmi-fәlsәfi әsaslar üzәrinә
qoydu.
Sössür öz dövrünün dilçisi idi, buna görә dә XIX әsrin
sonu – XX әsrin әvvәllәrinin elmi fikri onun dilçilik konsep -
siyasının formalaşmasına bu vә ya digәr dәrәcәdә tәsir
etmişdir. Dövrünün fәlsәfi cәrәyanlarından ona әn çox yaxın
olanı pozivitizm idi. O, filosofların әsәrlәrindәn әxz etdiyi
fikirlәri öz düşüncәsindәn keçirib elә tәqdim edirdi ki, orijinal
fikir kimi qәbul olunurdu. Onun ustalığı da bunda idi. Tәsadüfi
deyildir ki, tәdqiqatçılar onu Kantla (A.S.Çikobava),
Koperniklә (S.Ulman) müqayisә edirlәr.
Sössür sağlığında görkәmli hindavropaşünas kimi tanı -
nırdı, “Kurs”un nәşrindәn sonra әvvәllәr sosioloji mәktә bin
başçısı kimi etiraf olundu, sonralar isә müasir strukturalizm
cәrәyanının sәlәfi olaraq tanındı. Araşdırıcılar haqlı olaraq
Sössürün dilçilik görüşlәrinin dәyәrini müәyyәnlәşdirmәk
üçün ilk öncә onun fәlsәfi qaynaqlarının araşdırılmasını vacib
sayırlar. Qeyd edәk ki, onun mәnsub olduğu fransız dilçilik
mәktәbi dә fәlsәfi görüşlәrlә sıx әlaqәdә formalaşmışdı.
Sössürün dilә ciddi riyazi sistem kimi yanaşmasını (“dil dәqiq
sistemdir, onun nәzәriyyәsi dә eyni dәrәcәdә dәqiq olmalıdır”)
nәzәrә alan araşdırıcılar bu cәhәti XVII-XVIII әsrlәrin rasiona -
334
lizminin tәsiri kimi izah edirlәr. Dekartın dilin işarә xarakteri,
bәdәnlә ruhun dualizmi barәdәki ideyalarının dünya dilçiliyi