Page 333 - Ferdinand de Sössür_Layout 1
P. 333
Ümumi dilçilik kursu
sında dönә-dönә sitat verdiyi tanınmış sanskritoloq vә nә zә -
riyyәçi Uitni haqqında bir kitab yazmaq.
1894-cü il noyabrın 10-da Uitni vәfat edir. Hәmin il
Amerika filologiya cәmiyyәtindәn Amerika dilçilәrinin Uit-
ninin xatirәsinә hәsr olunmuş birinci konqresinin xüsusi
iclasında iştirak etmәk üçün Sössürә dәvәtnamә göndәrilir. O,
dәrhal çıxışına xüsusi plan hazırlayır: 1. Müqayisәli qram-
matika, 2. Müqayisәli qrammatika vә dilçilik, 3. Dil insan
tәsisatıdır, 4. Dilçiliyin elm kimi iki tәrәfi, 5. Uitni vә gәnc
qrammatiklәr, 6. Uitni fonoloq kimi. Yetmiş sәhifәlik qeydlәr
edir... Lakin Uitni haqqında yazılacaq işi yarımçıq saxlayır vә
bir daha o mәsәlәyә qayıtmır, yazmış olduğu hissәni dә
konqresә göndәrmir;
2) Litva dilinin aksentuasiyası ilә bağlı araşdırma aparmaq.
Mövzu ilә bağlı xeyli material toplayan, mühazirәlәr edәn
Sössür iki mәqalә çap etdirir: “Litva dili aksentuasiyası barәdә
mәsәlәyә dair” (1894), “Litva dili aksentuasiyası” (1896).
Lakin bu araşdırma da sona çatdırılmır.
Bu illәr Sössür hәyatı qәdәr sevdiyi dil nәzәriyyәsi ilә
mәşğul olmaqdan uzaqlaşır, başqa sahәlәrә maraq göstәrir.
Nümunә üçün aşağıdakı mәşğuliyyәt sahәlәrini qeyd edәk:
1) 1899–1909-cu illәrdә müasir fransız dilindәn semi nar -
lar aparır, fransız şeir vәznlәri ilә mәşğul olur.
2) 1903-cü ildәn german әfsanәlәri, onların yunan
әsatirlәri ilә qarşılıqlı әlaqәsi haqqında düşünür, lakin heç nә
çap etdirmir.
3) 1904-cü ildәn german eposu ilә mәşğul olur.
4) Anaqramlar üzәrindә çalışır.
Gözlәnilmәz bir tәsadüf Sössürü düşdüyü hәyat burul -
ğanından xilas etdi. Cenevrә universitetindә dil haqqında
elmin әsaslarından dәrs deyәn Vertgeymer 1906-cı ildә vәfat
edir. 1907-ci ilin fevralında onu әvәz edәn Sössür ömrünün
sonunadәk kursda mühazirә oxumaq imkanı qazanır. 1912-ci
ilin әvvәlindә F.de Sössür xәstәlәnir vә dәrs başa çatmamış
333
mühazirәlәrini dayandırmalı olur. 22 fevral, 1913-cü ildә
müasirlәrinin unutduğu Ferdinand de Sössür yaxın tәlәbә -