Page 328 - Ferdinand de Sössür_Layout 1
P. 328
Ferdinand de Sössür
istiqamәtlәnmәsindә, ilk nәzәri mülahizәlәrinin formalaş -
masında böyük rol oynadı.
Sössürün ilk elmi tәdqiqat işi Cenevrәdә gimnaziyada
oxuduğu dövrә tәsadüf edir. Gimnaziyadan әvvәl o, yaşı
çatmadığı üçün bir il kollecdә tәhsil almış, Martenadakı şәxsi
pansionda yunan dili ilә mәşğul olmuşdu. İki klassik dilә
(latın, yunan) bәlәd olan Sössür mәktәb illәrindә müstәqil
şәkildә Boppun qrammatikası әsasında sanskriti dә öyrәnir.
1875-ci ildә F.de Sössür gimnaziyanı bitirib Cenevrә
universitetinә daxil olur. Valideynlәrinin arzusuna qarşı ge t -
mәyib tәbii elmlәr sahәsindә ixtisaslaşır, fizika, kimya ilә
mәşğul olur.
Lakin dilçiliyә, humanitar elmlәrә olan daxili marağı onu
rahat buraxmır, müәyyәn dilçilik kurslarında iştirak edir,
mühazirәlәr dinlәyir. Bu illәrdә onu Paris dilçilik cәmiyyәtinә
üzv qәbul edirlәr. Cәmiyyәtin “Əsәrlәri”ndә Sössürün bir neçә
kiçikhәcmli yazıları çap olunur. 1876-cı ildә, 15 yaşında ikәn
dilçilik tәhsilini tәkmillәşdirmәk mәqsәdilә doğma yurdunu
tәrk edib, Almaniyaya – Leypsiqә gedir. Belәliklә, Sössürün
hәyatının Leypsiq dövrü (1876–1880) başlayır.
Sössürün Leypsiqә getmәsi tәsadüflә bağlı olsa da (onun
Cenevrәli dostları orada tәhsil alırdılar), sonralar onun dilçilik
oriyentasiyasının müәyyәnlәşmәsindә burada aldığı tәhsilin
böyük rolu olmuşdur. O illәr Almaniya dünya dilçilik mәr -
kәzlәrindәn biri sayılırdı, sonralar gәnc qrammatiklәr dilçilik
tarixindә geniş yer tutdu. Leypsiq universitetindә dövrünün
görkәmli alimlәri – Bopp dilçiliyinin son nümayәndәsi Georq
Kursius, Almaniyada slavyan filologiyası kafedrasının ilk
müdiri, dilçilikdә yeni prinsiplәr müәyyәnlәşdirәn Avqust Les -
kin vә onun tәlәbәlәri Georq Ostqof, Karl Bruqman fәaliyyәt
göstәrirdilәr...
Sössür mühazirәlәrin çoxunda iştirak etmir, müstәqil
mәşğul olurdu. Onun ardıcıl iştirak etdiyi Kursiusun semi -
narları idi, bu seminarlarda o iki mәruzә etmişdi. 1876-cı ildә
328
Uitninin “Life and growth of language” әsәrini alman dilinә
tәrcümә etmiş, Leskinin kurslarında litva vә slavyan dillәri ilә