Page 329 - Ferdinand de Sössür_Layout 1
P. 329
Ümumi dilçilik kursu
bağlı mühazirәlәrdә iştirak etmişdi. Bundan әlavә, Vindişin
qәdim İrland, Hyubşmanın qәdim fars dilinә hәsr olunmuş
kurslarında, Braunun alman dili tarixi dәrslәrindә müntәzәm
iştirak edir, Ostqof vә Bruqmanın hind-Avropa dillәrinin
müqayisәli qrammatikası fәnninә maraq göstәrir. Lakin bu
illәrdә Sössürün gәnc qrammatiklәrlә heç bir isti münasibәti
olmur, әksinә, onlar Sössürә yad nәzәrlә baxırdılar.
Leypsiqә gәldiyi ilk vaxtlardan Sössür özünün böyük
ideyalarının hәyata keçirilmәsi barәdә düşünürdü: hind-
Avropa söz kökü nәzәriyyәsini formalaşdır maq, hind-Avropa
dilinin saitlәr sistemini bәrpa etmәk. Bu düşüncәlәrin nәticәsi
kimi, 1878-ci ildә “Hind-Avropa dillәrindә ilkin saitlәr sistemi
haqqında memuar” әsәri Leypsiqdә çap olunur. Sonralar dünya
dilçiliyinin qızıl fonduna daxil olan “Memuar” öz dövründә
layiqincә qarşılanmadı, yalnız N.Kruşevskinin, Boduen de
Kurtenenin Rusiyada çap olunan bir jurnalda kiçik rәylәri
çıxdı ki, hәmin rәylәrdәn heç Sössürün özünün dә xәbәri
olmadı. Almaniya dilçilәri bu böyük kәşfi sükutla, bir qәdәr
dә qısqanclıqla qarşıladılar, onun müәllifi hәtta plagiatçılıqda
suçlandı.
Sössürün “Memuar”da hipotez şәklindә irәli sürdüyü
nәzәri mülahizәlәri ilk dәfә 1900-cü ildә Xirtin “Ablaut”
әsәrindә, sonra isә fonetik sәviyyәdә 1927-ci ildә E.Kuri -
loviçin araşdırmalarında tәsdiqini tapdı. Lakin Benvenistin
hind-Avropa dillәrindә söz kökü mәsәlәsi ilә bağlı araş dır -
malarına qәdәr “Memuar” unikal hadisә kimi qalmışdı. Gәnc
araşdırıcının bu kәşfi doğru olaraq onu dilçiliyin klassiklәri ilә
bir sıraya qaldırdı. Hәcmcә kiçik olan bu әsәr dünya dilçiliyini
50 il irәli atdı.
1878-ci ildә F.de Sössür universiteti bitirir vә Berlinә
gedir; o, il yarım burada yaşayır. Berlindә Sössür sanskritoloq
German Oldenberqin, keltoloq vә hindoloq German Simmerin
mühazirәlәrini dinlәyir. Araşdırıcıların mülahizәsinә görә bu-
rada Sössür Uitninin ümumi dilçilik ideyaları ilә tanış olur.
329
Böyük amerikan dilçisi Vilyam Dusut Uitni (1827–1894) dә
Oldenberq vә Simmer kimi sanskritoloq idi vә Almaniya dilçi-