Page 332 - Ferdinand de Sössür_Layout 1
P. 332
Ferdinand de Sössür
Sössürün araşdırıcıları yazırlar ki, birillik İsveçrәyә
getmәsinә vә sonradan Parisi tәrk etmәsinә sәbәb ona Fransa
tәbәәliyini qәbul etmәk tәklifi ilә bağlı olub. Belә bir tәklifi
qәbul etsәydi, Sössürün ordinar professor yerini tutmaq imkanı
yaranırdı, lakin o, bundan imtina edir vә Cenevrәyә qayıdır.
Fransada fәaliyyәt göstәrdiyi doqquz il әrzindә onun
mühazirәlәrindә onlarla xarici vә yerli dinlәyicilәr iştirak
etmişdi. Sonralar onun dәrs dediyi tәlәbәlәr arasından tanınmış
dilçilәr, filoloqlar yetişmişdi: S.A.Darmsteter, E.Erno, L.Leje,
Perno, Moris Qrammon, Pol Passi, Antuan Meye, F.Braun,
İ.Qoldşteyn.
1891-ci ildәn Sössürün hәyatının son dövrü – Cenevrә
döv rü başlayır, bu zaman o, otuz dörd yaşında idi. Cenevrә
dövrü Sössürün hәm yaradıcılığının, hәm dә şәxsi hәyatının
әn dramatik dövrü idi. Burada Sössür onun üçün açılmış hind-
Avropa dillәri vә sanskritin tarixi, müqayisәli qrammatikası
kafedrasında ekstraordinar professor vәzifәsi alır, 1896-cı ildә
isә ordinar professor olur. Sössür klassik dillәr, german dillәri,
yunan vә latın dillәrinin fonetikası, yunan vә latın dillәrinin
müqayisәli vә tarixi qrammatikası, yunan dilindә hallanma,
yunan dilindә feil, yunan vә latın etimologiyası, yunan vә latın
söz yuvaları vә derivasiya tiplәri, yunan dialektologiyası,
qәdim yunan epiqrafikası kimi müxtәlif mövzularda müha -
zirәlәr oxuyurdu. O, 1896-cı ildәn başlayaraq ömrünün
sonunadәk, demәk olar ki, hәr il German dilçiliyinә bir-iki kurs
ayırır: qot, qәdim yuxarı alman, orta yuxarı alman, qәdim sak-
son, anqlosakson, qәdim norveç, sanskrit dillәrindәn ardıcıl
mühazirәlәr oxuyur.
Bu illәr Sössürün hәyatında bir sıra qәribәliklәrlә әla -
mәtdar olmuşdur. O, әksәr halda özünә qapılır, dostları ilә
әlaqәsini kәsir, hәyatını tәnhalıqda keçirmәyә üstünlük verir,
yazı-pozu ilә çox az mәşğul olur, demәk olar ki, çap olunmur.
Ümumiyyәtlә o, çox az çap olunan dilçilәrdәndir, iyirmi beş
il әrzindә Sössür cәmi 29 әsәr (mәqalә, tezis, kitab, broşür)
332
çap etdirmişdi. Cenevrәdә iki işi yerinә yetirmәyi planlaş -
dırmışdı: 1) yüksәk qiymәtlәndirdiyi doktorluq dissertasiya -