Page 336 - Ferdinand de Sössür_Layout 1
P. 336
Ferdinand de Sössür
Əsәrindә dilçilik mәsәlәlәrinә yer ayırmayan Durkheym -
dәn fәrqli olaraq, Tard sosial mәntiqә hәsr olunmuş әsәrlәrindә
dil mәsәlәlәrinә dә xüsusi diqqәt verir. Onun әsәrlәrindә
dövrün tanınmış dilçilәrindәn Uitninin, Brealın, Darmsteterin,
Saysın görüşlәrinә müraciәt olunur. Tard dilә mәntiqi kate-
qoriyalar sırasında baxır vә onu (dili) kollektivin şüuruna aid
edir. Sössürün “Nitq fәaliyyәtindә fәrdi vә sosial tәrәf vardır,
bu tәrәflәri bir-birindәn ayrı şәkildә anlamaq olmaz” – ideyası
Tardın görüşlәri ilә bağlanır, onun “Oppozisiyanın unive r -
sallığı. Qarşılaşmanın nәzәriyyәsi tәcrübәsi” әsәri dә Sössürün
oppozisiyalar barәdәki düşüncәlәrinin yaranmasında xüsusi
rol oynamışdır.
F.de Sössürün müәyyәn ideyalarının formalaşdırılması
(dildә sistemlilik, dildә işarәlilik) fransız dilçilik әnәnәsindәn
qaynaqlansa da, bütövlükdә onun dilcilik konsepsiyasını
stimullaşdıran mәnbә, şübhәsiz ki, Amerika dilçisi U. Uitninin
görüşlәri, xüsusilә onun 1885-ci ildә çap olunmuş (ingiliscә
vә fransızca) “Dilin hәyatı” әsәridir. Hәqiqәtәn, özünün fәlsәfi
ruhu ilә Sössür daha çox Uitniyә yaxındır, lakin bu yaxınlıq
birinin digәrini tәkrar etmәsi deyil, sözün yaxşı mәnasında fay-
dalanma, elmi vәrәsәlikdir. “Dilin hәyatı” әsәrindә dilә tәrif
verәn Uitni yazır: “Dil hәqiqi mәnada işarәlәr yığınıdır. Bu
işarәlәrin kömәyilә insanlar şüurlu şәkildә öz fikirlәrini
başqaları üçün ifadә edir; bu ifadәetmә fikri başqalarına
ötürmәk üçündür”.
Dildә sözlәrin ideyaların işarәsi ola bilmәsinә toxunan
Uitni yazır: “Çox dәqiq vә ciddi şәkildә demәk olar ki,
işlәnilәn hәr söz sәrbәst vә şәrti işarәdir: ona görә sәrbәstdir
ki, hәr bir başqa söz sözlәr kütlәsi mühitindә bu vә ya digәr
ideyanın daşıyıcısı ola bilәr; ona görә şәrtidir ki, başqasının
deyil, mәhz müvafiq sözün işlәdilmә sәbәbi onun cәmiyyәtdә
işlәdilmәsinin artıq qәbul olunmasıdır”. Dildә Sössürün xüsusi
әhәmiyyәt verdiyi dәyişmәlәrlә, dil vә tәfәkkürlә әlaqәdar
olaraq Uitninin hәm forma, hәm dә mәna ilә bağlı maraqlı
336
mülahizәlәri vardır; onun fikrincә, artikulyasiya olunan işarә
şәrtidir vә mәfhumla yalnız әqli assosiasiya ilә bağlıdır. Əgәr