Page 340 - Ferdinand de Sössür_Layout 1
P. 340
Ferdinand de Sössür
ideyaları ilә köklәnir, yәni onunla bağlanır, ya da Sössürün
ideyalarının yaratdığı maneәlәrin aradan qaldırılması yolu ilә
inkişaf edir”.
Dilçilik elminin fәlsәfi aspektindә iki problem hәlledici
mövqedә dayanır: linqvistik işarә vә cümlә strukturları. Dil
nәzәriyyәsinә özünәmәxsus fәlsәfi yöndәn yanaşan F.de
Sössür XX әsrin әvvәllәrindә “Ümumi dilçilik kursu” әsәrindә
vә sonra üzә çıxarılmış digәr qeydlәrindә birinci problemin
geniş şәrhini vermiş, dilin mahiyyәtini semiotik sistem kimi
açıqlamışdır. Onun konsepsiyasında ikinci problemdәn –
cümlә strukturlarından bәhs olunmamışdır.
Sössür irsinin tәdqiqatçıları haqlı olaraq onu tәkcә
görkәmli hindavropaşünas saymır, hәm dә bu böyük alimdәn
ardıcıl şәkildә dilin fәlsәfәsi ilә mәşğul olan, dilin sistem
xarakterindәn, dil faktlarının mәntiqi tәsnifatından, dil
işarәsinin mahiyyәtini açan dәyәr problemindәn, ümumi semi-
ologiyadan konseptual sәviyyәdә bәhs edәn nәzәriyyәçi-
filosof kimi danışırlar. Sössürün dilin fәlsәfәsinә yeni
möv qedәn yanaşmasını yalnız dilçilәr deyil, müxtәlif ölkәlәrin
filosofları da tәsdiq edirlәr.
Sössürün dilә yanaşma, onun daxili mahiyyәtini müәy -
yәnlәşdirmә yönündәki yeniliklәrindә başlıca mәqam dil vә
nitqin fәrqlәndirilmәsi vә bu fәrqlәndirmәnin davamı kimi
dilin sistem xarakterinin açıqlanması, buradakı iki münasibәt
tipini (assosiativ vә sintaqmatik) sistemin tәmәli saymasıdır.
Münen qeyd edir ki, “Memuar”...әsәrindә “system” termininә
rast gәlirik. Lakin burada “system” köhnә dilçilikdәki mәnada:
hind-Avropa dillәrinin müxtәlif dövrlәri arasındakı uyğunluq
“sxemi”, “cәdvәli” – mәnasında işlәnmişdir. Hәtta bu mülahi -
zәlәrdә implissit şәkildә dil vahidlәrinin münasibәtlәri ideyası
sezilir.
Sistem anlayışı ilә bağlı Sössürün bir neçә formulunu
xatırlayaq: “Dil sistemdir vә yalnız özünün mәxsusi
qaydalarına tabedir”, “Dil – sәrbәst işarәlәr sistemidir”, “Dil
340
elә bir sistemdir ki, onun bütün hissәlәrinә sinxron vәhdәt kimi
baxılır vә baxılmalıdır”.