Page 344 - Ferdinand de Sössür_Layout 1
P. 344

Ferdinand de Sössür

               hәm dә dili digәr sosial hadisәlәrdәn fәrqlәndirir, belә ki, dildә
               “dәyişmәzlik vә dәyişkәnlik” problemi onunla bağlıdır; dilin
               inkişafıyla işarәnin hәr iki tәrәf; bir-birindәn asılı olmayaraq
               dәyişmәyә uğraya bilәr. Vә tәsadüfi deyil ki, Sössür sәrbәstlik
               әlamәtini bütöv linqvistik gerçәyin fundamental prinsipi sayır.
               Sәrbәstlik anlayışı hәmçinin sinxronluq vә diaxronluq, xәttilik
               vә qarşılaşma mәsәlәlәrinin izahının da әsasında durur.
                   Əvvәlki sәhifәlәrdә qeyd etdiyimiz kimi Cenevrә
               universitetindә “Ümumi dilçilik kursu” Jozef Vertqeymerdәn
               sonra 1906-cı ildә Sössürә tapşırılır. Bu tәsadüf imkan yaradır
               ki, Sössür ömrünün son beş ilini adda-budda mәşğul olduğu
               dil nәzәriyyәsinin ümumi mәsәlәlәrinә hәsr etsin. Bu illәr
               oxuduğu mühazirәlәrinin konspekti, qeydlәri, demәk olar ki,
               yoxdur. Onun yazı masasından tapılmış, müxtәlif illәrdә
               aparılmış vә indi Cenevrә universitetinin kitabxanasında sax-
               lanan 130 vәrәqdәn ibarәt qeydlәri 50-ci illәrdә R.Qodel
               tәrәfindәn çap olunmuş, 1990-cı ildә isә rus dilinә tәrcümә
               olunmuşdur. Sonrakı araşdırma vә axtarışlar bir daha sübut
               etdi ki, Sössürü dünyada mәşhur edәn, 1916-cı ildә çap
               olunmuş “Ümumi dilçilik kursu” dilçilik tarixindә xoş tәsadüf
               nәticәsindә peyda olmuşdur. F.de Sössürün mühazirә oxuduğu
               üç kursda, L.Qotenin müәyyәnlәşdirdiyi kimi, vur-tut otuz
               nәfәr iştirak etmişdi: 1907-ci ildә 7 nәfәr, 1908-ci ildә 11 nәfәr,
               1910-cu ildә 12 nәfәr. Kurslara yazılmış tәlәbәlәrin bәzisi
               dәrslәrdә ardıcıl iştirak etmәmiş, iştirak edәnlәrin dә bir çoxu
               qeydlәr aparmamış, yalnız on bir nәfәr sәliqәli şәkildә
               mühazirәlәri yazmış, onu uzun müddәt özlәrindә saxlamış vә
               bu qeydlәr “Kurs”un mәtninin bәrpası üçün kifayәt etmişdir.
               Balli vә Seşe kitabı hazırlayarkәn doqquz konspektdәn istifadә
               etmiş, әlavә materiallar tapmaq üçün axtarışı davam
               etdirmәmişdilәr. Onlara mәlum olmayan iki mühazirә mәtni
               yalnız keçәn әsrin 50-ci illәrinin axırında Sössürün mәşhur
               araşdırıcısı R.Qodel tәrәfindәn әldә edilmişdir. “Kurs”un çap
               olunmasında әsas götürülәn materiallar vә sadaladığımız digәr
               faktlar da sübut edir ki, Sössürün belә bir kitab yazmaq, onu
       344
               çap etdirmәk niyyәti olmayıb. Ona görә dә müәllifini Sössür
               kimi tanıdığımız “Ümumi dilçilik kursu” bәnzәrsiz tarixi vә
   339   340   341   342   343   344   345   346   347   348   349