Page 347 - Ferdinand de Sössür_Layout 1
P. 347

Ümumi dilçilik kursu

             1933-cü ildә “Kurs” A.M.Suxotinin tәrcümәsindә,
          R.O.Şorun şәrhlәriylә Rusiyada çap olunur; 1977-ci ildә “Pro-
          qress” nәşriyyatında “Ferdinand de Sossür. Trudı po yazı -
          koznaniyu” adlı kitab nәşr olunur. Kitaba “Ümumi dilçilik
          kursu” ilә yanaşı “Hind-Avropa dillәrindә ilkin saitlәr sistemi
          haqqında memuar”, “Yunan dilinin bir ritmik qanunu haq -
          qında”, “Litva aksentuasiyası haqqında mәsәlәyә dair” vә
          “Sössürün dәftәrlәrindәn qeydlәr (anaqramlar haqqında)”
          mәqalәlәri daxil edilmişdir. Çap olunmuş son kitabda
          “Kurs”un tәrcümәçisi kimi Suxotinin adı saxlansa da, A.A.
          Xolodoviç mәtn üzәrindә ciddi düzәlişlәr aparmış, predmet
          göstәricisi tәrtib etmәklә, Sössürün әsәrlәrinin siyahısını
          vermiş, hәyatı vә elmi mövqeyi, әsәrlәri haqda  mәlumat
          vermişdir.
             “Kurs”u 1945-ci ildә Amado Alonzo Argentinada ispan
          dilinә, 1959-cu ildә Veyd Beskin Amerikada ingiliscәyә, 1961-
          ci ildә Kristina Kaspşik polyak dilinә, 1967-ci ildә mәşhur ital -
          yan dilçisi Tullio de Mauro italyancaya tәrcümә edib nәşr
          etdirmişlәr. Sonuncu әn mükәmmәl nәşr hesab olunur. Əsәr,
          hәmçinin müxtәlif illәrdә macar, serb-xorvat, isveç, türk,
          Azәrbaycan dillәrinә dә çevrilib nәşr olunmuşdur.
             Azәrbaycanda Sössür vә “Ümumi dilçilik kursu” ilә
          tanışlıq XX әsrin 30-cu illәrindәn – “Kurs”un ruscasının mey-
          dana çıxdığı illәrdәn başlayır. Lakin daha çox tarixi-müq a -
          yisәli metodla işlәmәyә üstünlük verәn Azәrbaycan dilçilәri
          F.de Sössürün dilçilikdә yaratdığı inqilaba uzun zaman, demәk
          olar ki, biganә qalmış, “Kurs”a maraq yalnız 60-cı illәrdәn
          etibarәn artmışdır.


                                      Akademik  Nizami Cәfәrov
                                       Dosent İsmayıl Temiroğlu




                                                                    347
   342   343   344   345   346   347   348   349   350   351   352