Page 342 - Ferdinand de Sössür_Layout 1
P. 342
Ferdinand de Sössür
dәyәrlik anlayışı ideyası meydana çıxdı. Bu nәzәriyyәdә dәyәr
anlayışına konkret vahid vә mәfhumu, mahiyyәti vә gerçәkliyi
ehtiva edәn aspekt kimi, linqvistikanın әsaslanmalı olduğu
elementlәr probleminin müәyyәnlәşmәsi vasitәsi kimi
yanaşılır. Ənәnәvi olaraq pozitivist yanaşmada yalnız mütlәq
xassәlәrә konkret mahiyyәtlәr (sözün mәnası, sәslәrin akustik
vә artikulyasion xassәlәri vә s.) kimi baxılırdı. Sössürün dil
vahidlәrinin relyasion (nisbi) xassәlәrini qabartması dilçilikdә
inqilab demәk idi. Mühazirәlәrindә dönә-dönә qeyd edirdi ki,
dilin mahiyyәtinin açılması iki mәsәlәnin hәllindәn asılıdır: 1)
vahidlәr, 2) eyniliklәr. Onun fikrincә, “bu iki mәsәlә... mahiy -
yәtinә görә indiyә qәdәr dilçilikdә deyilәnlәrlә ziddiyyәt tәşkil
edir vә heç kim tәrәfindәn qaldırılmamışdır”.
“Kurs”un mәtninin ayrı-ayrı yerlәrindә dәyәr anlayışına
yanaşmanın müxtәlifliyi araşdırıcılarda Sössürün termini iki
cür şәrh etmәsi barәdә fikrin yaranmasına sәbәb olmuşdur: 1)
sistemin başqa üzvlәri ilә qarşılıqlı әlaqәnin nәticәsi kimi, 2)
linqvistik işarәnin iki tәrәfinin qarşılıqlı әlaqәsinin nәticәsi
kimi. Sössür birinci qәnaәti aparıcı saymışdır.
Sössürün konsepsiyasında bir-biriylә sıx bağlı olan dәyәr,
işarә, mәna anlayışları haqqında dilçilikdәki müxtәlif, bәzәn
bir-birinә zidd fikirlәri xülasә etmәyib, bu barәdә Sössürün
araşdırıcılarından biri olan Slüsarevanın qәnaәtlәrindәn qısaca
bәhs etmәklә kifayәtlәnmәyi mәqsәdәuyğun sayırıq. Onun
fikrincә, ifadәetmә planı, işarәlәyәn iki hissәnin vәhdәtindәn
ibarәtdir: maddi, yәni sәsli hissә vә ideal hissә – maddi tәrәfin
şüurda nişanәsi (obrazı). Dil sisteminin üzvü kimi işarә sәsli
tәrәfinin sayәsindә nitqә qatılır vә onun funksiyası tәmin olu -
nur, lakin işarә daxili mәzmunsuz ola bilmәz, bu cәhәt
hәlledici mövqedәdir. Mәzmun planı (işarәlәnәn) da iki
hissәdәn ibarәtdir: mәna, dәyәr. Mәna mәfhumların әlaqәsi
kimi mәfhumi mәzmun (“smısl”) vasitәsilә tәfәkkür sahәsi ilә
bağlanır, dәyәr isә işarәnin nisbi xassәsi olaraq onun sistem
daxilindәki yerinә, yәni başqa işarәlәrә münasibәtinә görә
342
müәyyәnlәşir. Belәliklә, mәna vә dәyәr işarәnin strukturuna
daxildir vә qarşılıqlı tәsirdә biri digәrini müәyyәnlәşdirir.