Page 343 - Ferdinand de Sössür_Layout 1
P. 343
Ümumi dilçilik kursu
Mәna vә dәyәri qarşılıqlı әlaqәdә şәrh etmәyi düzgün
möv qe hesab edәn Sössür işarәni fәlsәfi yöndәn aydınlaşdırır,
ona maddi ilә idealın qarşılıqlı münasibәti kimi baxır: ideal
olan anlayış, maddi olan akustik obrazdır, lakin işarәnin hәr
iki tәrәfi psixoloji mahiyyәtlidir. Sössür qeydlәrindә dilә
fәlsәfi yanaşmada obyektin ilkinliyini, adın ikinci olması
ideyasını müdafiә edәnlәrlә polemika aparır vә göstәrir ki, dil
barәdә mühakimә yürüdәn filosoflar unudurlar ki, dil yalnız
adlardan ibarәt deyil, linqvistik işarә ilә ayrıca obyektlәrin
(“at”, “alov”, “günәş”) uyğunluğu çox nadir hadisәdir. Belә
düşünmәk dilә nomenklatura kimi yanaşmaq demәkdir. Onun
fikrincә, ad ilkindir, ondan başlamaq lazımdır, çünki ad insana
imkan verir ki, obyekti müәyyәnlәşdirsin, obyektiv gerçәkliyi
tәrkib hissәlәrinә ayırsın, parçalasın.
Dil işarәsinә fәlsәfi problem kimi yanaşan vә onun dilçilik
aspektinin izahına daha çox fikir verәn Sössür şey vә mәfhum,
sәs vә akustik obraz әlaqәlәrindәn daha çox işarәlәyәnlә
işarәlәnәnin münasibәtindә sistemin digәr vahidlәrinin rolun-
dan bәhs edir. Kursda bu münasibәtlә oxuyuruq: “Dilin ele -
mentinә hәr hansı anlayışın sadәcә birlәşmәsi kimi yanaşmaq
böyük yanlışlıqdır. Mәsәlәyә bu şәkildә yanaşmaq elementi
daxil olduğu sistemdәn ayırmaq demәk olardı; belә bir yanlış
fikir yaranardı ki, guya dil elementlәrindәn başlayıb, onların
mәcmusundan sistemi qurmaq olar, әslindә isә bütövün
cәmindәn çıxış edib tәhlil yolu ilә ondakı elementlәrә gedib
çıxmaq mümkündür”.
İşarәnin dilçilik aspektinin başqa bir tәrәfi dә sәrbәstlik vә
şәrtilik anlayışlarının izahı ilә açılır. Şәrtilik dil faktlarından
kәnardadır, sözün (işarәnin) xarici (çöl) xassәsidir, adın şeylә
әlaqәsindәdir. Sәrbәstlik isә işarәnin daxili (iç) xassәsidir,
işarәnin tәrәflәri (işarәlәyәn, işarәlәnәn) arasındakı әlaqәdir,
buna görә dә Sössür özündәn әvvәl dә toxunulmuş bu
anlayışların birindәn – әsasәn sәrbәstlik xassәsindәn bәhs edir.
Sössürün konsepsiyasında sәrbәstlik motivsizlik kimi tәqdim
343
olunur: işarәlәyәnlә işarәlәnәn arasında tәbii әlaqә yoxdur.
Dilin semiotik xassәsinin gerçәklәşmә prinsipi olan sәrbәstlik