Page 341 - Ferdinand de Sössür_Layout 1
P. 341
Ümumi dilçilik kursu
XX әsrin iyirminci illәrindә kiçik bir qrup tәşkil edәn
dilçilәr o dövr üçün aparıcı mövqedә olan vә dilә parçalanmış,
ayrı-ayrı elementlәr toplusu kimi yanaşan tarixi-müqayisәli
dilçiliyә qarşı çıxaraq, struktur prinsipini ortaya qoyur, dil
faktlarının tәhlilinә tәtbiq etdiklәri yeni metodu Sössürün adı
ilә bağlayırdılar. Maraqlıdır ki, Sössürün özü heç zaman
“Struktur” terminini işlәtmәmişdir, lakin sistem anlayışının
tәbii şәkildә struktur anlayışı ilә sıx bağlı, ayrılmaz olduğu
sonralar müxtәlif elm sahәlәrindә aparılan nәzәri araşdır -
malarla sübut olundu. Doğrudan da, hәr hansı bir obyekti
(elәcә dә dili) sistem kimi şәrh etmәk, әslindә onun struktur
әlamәtlәrinin, parametrinin analizi demәkdir. Hәr bir sistem
qarşılıqlı şәkildә şәrtlәnmiş elementlәrdәn ibarәtdir vә başqa
sistemlәrdәn elementlәrinin (vahidlәrinin) arasındakı daxili
münasibәtlәrә görә fәrqlәnir, elә bu cәhәt dә (vahidlәr arasın -
dakı münasibәt) sistemin strukturunu müәyyәn edir”.
Qeyd etdiyimiz kimi, Sössür “struktur” terminini işlәtmәsә
dә, әvvәlcә “Memuar”larda, sonralar isә daha әsaslı şәkildә
“Kurs”da müasir strukturalizm mәktәblәrinin konseptual әsası
bütün incәliyi ilә әks olunmuşdur. Milliliyindәn vә orijinal -
lığından әn çox söhbәt açılan Amerika deskriptiv mәktәbinin
ideya banisi sayılan Blumfild Sössürün dünya dilçiliyinә
verdiyi töhfәlәri yüksәk qiymәtlәndirir: “O, bizә insan nitqi
haqqında elmin nәzәri әsaslarını vermişdir”. E.Benvenist
“struktur”, “struktur dilçilik” anlayışlarından bәhs edәrkәn
bunların minimum әlamәtlәrini müәyyәnlәşdirmәyә cәhd edir:
“Əsas prinsip budur ki, öz-özlüyündә dil sistemdir vә onun
bütün hissәlәri qarşılıqlı asılılıq, ümumilik münasibәti ilә
bağlıdır. Bu sistem öz vahidlәrini, yәni qarşılıqlı şәkildә bir-
birini diferensiallaşdıran vә hüdudlayan işarәlәri tәşkil edir.
Sistem bu cәhәtdәn çıxış edәrәk struktur dilçilik qarşısına
mәqsәd qoyur ki, sistemin strukturunu hәm nitq zәncirindә
elementlәr arasındakı münasibәtlә, hәm dә formaların para -
diqmaları vasitәsilә aşkar etsin”.
341
Qeyd etdiyimiz mülahizәlәr, xüsusilә dildә sistemliyin
tәsirilә Sössürün xüsusi әhәmiyyәt verdiyi linqvistik vahidlәrin