Page 345 - Ferdinand de Sössür_Layout 1
P. 345
Ümumi dilçilik kursu
taleyi olan, dilçiliyi sevәnlәr üçün qeyri-adi bir әrmәğandır.
Ş.Balli vә A.Seşe 1915-ci ildә Cenevrәdә әsәrin birinci
nәşrinә yazdıqları ön sözü bu ibrәtamiz cümlәlәrlә bitir miş -
dilәr: “Biz istәr elmi tәnqidin, istәrsә dә әsәrin nәşrinә, güman
ki, razı olmayacaq müәllifin özü qarşısında mәsuliy yәtimizi
tamamilә anlayırıq. Hәmin mәsuliyyәti üzәrimizә bütünlüklә
götürürük. Vә istәrdik ki, o, yalnız bizim üzәrimizә düşsün.
Görәsәn, tәnqidçilәrimiz ustadla onun şәrhçilәri arasında fәrq
qoymağı bacaracaqlarmı? Biz onlara minnәtdar olardıq ki, öz
zәrbәlәrini bizim üzәrimizә yağdırsınlar: bizim üçün әziz olan
insanın xatirәsini hәmin zәrbәlәrә mәruz qoymaq insafsızlıq
olardı”.
Sössürün oxuduğu mühazirәlәrin birinci hissәsi dilin
xassәlәri, onun özünәmәxsusluğunu göstәrәn oppozitiv vә ne-
qativ dil vahidlәri (xüsusilә söz) problemi, dildә eynilik vә
müxtәliflik probleminin tәhlili ilә yekunlaşır.
Kursun ikinci hissәsi iki әsas dixotomiyanın ayrılmasına
hәsr olunub: a) xarici vә daxili tәrәflәr, yaxud xarici vә daxili
linqvistika, yәni sistemlә bağlı olan vә bağlı olmayanlar (dil
vә etnologiya, tarix, dillәrin coğrafi baxımdan yayılması,
dillәrin dialektlәrә bölünmәsi vә s.); b) sinxron (idiosinxron)
cәrgә vә diaxron cәrgәnin qarşılaşdırılması, buna müvafiq ola-
raq: statik linqvistika vә ya sinxron linqvistika, dilçilikdә dia-
xron vә ya kinematik (tәkamül) tәmayül. Göründüyü kimi,
Sössür bu qarşılaşdırılmada sinxronluğun sistemliliyini, diax -
ron lu ğun sistemsizliyini (asistemlik) nәzәrdә tutur.
Bu mühazirә kursunun sonuncu hissәsindә Sössür sinxron-
luq vә diaxronluq sahәlәrindәki dixotomiyalardan bәhs edir.
Sinxronluqda assosiativ vә diskursiv münasibәtlәrin olduğu
irәli sürülür: yәni ailә (söz vә s.) mәnasında vahidlәr qrupun -
dakı münasibәtlәr, sintaqm mәnasında vahidlәr qrupundakı
münasibәtlәr. Belәliklә, bütün sinxronluq sintaqm nәzәriy -
yәsinә vә assosiasiyalar nәzәriyyәsinә, başqa sözlә, qramma-
tikaya bağlanır; tarixi qrammatika inkar edilir.
Kurslar arasında aydınca görünәn fәrqlәr, eyni bir anlayışa 345
müxtәlif yöndәn yanaşma, fәrqli şәrh naşirlәr qarşısında böyük