Page 346 - Ferdinand de Sössür_Layout 1
P. 346
Ferdinand de Sössür
çәtinliyin yaranmasına sәbәb olmuşdur. Müxtәlif variantlar
götür-qoy edilirdi: 1) hәr üç kursun әn mükәmmәl konspekt -
lәrini redaktә edib bir kitab şәklindә çap etmәk; 2) yalnız Sös -
sürün son qәnaәti hesab olunan hissәlәri seçib çap etdirmәk,
K III-ü әsas götürmәk; 3) üç kurs üzrә mühazirә mәtnlәrini bir
bütöv halına gәtirib çap etdirmәk. Üçüncü halda Sössürün
1906-cı ildәki fikirlәri ilә ömrünün son illәrindәki fikirlәri
arasına bәrabәrlik işarәsi qoyulurdu ki, bu da olduqca çәtin
görünür vә mübahisә doğururdu. Lakin Balli vә Seşe bütün
çәtinliklәrә rәğmәn, üçüncü yolu әn optimal variant kimi
seçdilәr.
Tәәssüf ki, “Ümumi dilçilik kursu”nda düzәliş aparıl ma -
mış, әvvәlki terminlәr saxlanmışdır. Ümumәn terminologiya
müxtәlifliyinin aradan qaldırılması “Kurs”un an la şıl masına
mәnfi tәsir göstәrir, bәzәn bir anlayış müxtәlif böl mәlәrdә
başqa-başqa terminlәrlә verilir ki, bu da dola şıqlıq yaradır,
hәtta bәzәn sәhv olaraq Sössürün fikirlәri ndәki ziddiyyәt kimi
nәzәrә çarpır.
R. Enqler әldә etdiyi bütün mühazirә mәtnlәri vә әlavә ma-
teriallar әsasında 1967-ci ildә “Ümumi dilçilik kursu”nun
tәnqidi mәtnini hazırlayıb çap etdirmişdir.
Araşdırmalar sübut edir ki, Enqlerin tәnqidi nәşri ilә Balli
vә Seşenin çap etdirdiklәri mәtn arasında tam şәkildә eynilik
yoxdur. Bu cәhәt “Kurs”un dünya dilçiliyinin qızıl fondundakı
yerinә kölgә salmır, mәtnin müxtәlif variantları üzәrindә
müqayisә aparıb baş sındıran dilçilәr belә, onun әzәmәtinә
әsla şübhә etmirlәr. “Ümumi dilçilik kursu” ilk dәfә 1916-cı
ildә, ikinci dәfә azacıq düzәlişlә 1922-ci ildә nәşr olunur. Bun-
dan sonra tәxminәn hәr on ildәn bir kitabın yeni nәşrlәri oxu-
culara tәqdim edilmişdir. Kitabın ilk nәşrindәn bir neçә il
keçdikdәn sonra onun müxtәlif dillәrә tәrcümәlәri meydana
çıxır. “Kurs” ilk dәfә 1928-ci ildә mәşhur yapon dilçisi Xideo
Kobayasa tәrәfindәn yaponcaya tәrcümә olunur. Bu tәrcümә
dörd dәfә yenidәn nәşr olunub.
1931-ci ildә German Lommel kitabı almancaya tәrcümә
346
edib ön sözlә çap etdirmişdir, ikinci nәşr 1967-ci ildә Peter fon
Polensin son sözü ilә nәşr edilmişdir.