Page 337 - Ferdinand de Sössür_Layout 1
P. 337
Ümumi dilçilik kursu
bu daxili, tәbii, zәruri әsas olsaydı, mәfhumda baş verәn hәr
cür dәyişmә analoji olaraq özünü işarәlәrdә dә göstәrәrdi. Hal-
buki bu dәyişmәlәrdә müşahidә olunan yeganә tendensiya dil
vasitәlәrinә qәnaәt, tәlәffüz rahatlığı prinsipidir.
Bu qısa xatırlatmalar Uitninin görüşlәrinin Sössürә tәsirini
aydınca göstәrir. Sössürün özünün qeydlәrindә dә Uitninin dil
nәzәriyyәsi sahәsindә xidmәtlәri yüksәk qiymәtlәndirilir.
Bir çox araşdırıcılar elәcә dә Uitni ilә Ç.Pirs, sonra
Ç.Moris arasındakı әlaqәdәn danışır vә әlaqәlәrin izlәrini
Sössürün işarә nәzәriyyәsindә axtarırlar.
Dünya elminin iki dahi şәxsiyyәti – Çarlz Pirs (1839–
1914) vә Ferdinand de Sössür (1857–1913) eyni vaxtda, lakin
bir-birindәn xәbәrsiz belә bir fikrә gәldilәr ki, işarәlәr
haqqında xüsusi müstәqil elm olmalıdır. Pirs hәyatını bu elm
sahәsinә hәsr etdi, o bu elmin – semiotikanın çәrçivәsindә
tәkcә mәntiqi, riyazi, fiziki anlayışların (mәfhumların) deyil,
elәcә dә psixoloji vә dini anlayışların analiz olunmasını
tәsәvvür edirdi. Belә bir universal sistemә daxil olan işarәlәri
üç yerә bölürdü: 1) ikonik işarәlәr, 2) işarә-indekslәr, 3) işarә-
simvollar. Dil işarәsi ilә bağlı irsin xüsusi tәrifi yoxdur. Onun
fikrincә, söz dә işarәdir, lakin xüsusi kateqoriya yaratmır, daha
çox simvollara uyğun gәlir, bir sıra әvәzliklәrsә “indekslәr”lә
kәsişir. Bundan әlavә, Pirsә görә dil işarәlәrini müәyyәn qrup -
larda birlәşdirmәk olar: kvalifikator, sinqulyator, klassifikator.
Onun fikirincә, bütövlükdә insan – işarәdir, onun fikirlәri –
işarәdir, emosiyaları- işarәdir. “İnsanın istifadә etdiyi söz,
yaxud işarә insanın özüdür. Zira hәr bir fikir işarәdirsә vә
hәyat fikirlәr zәncirindәn başqa bir şey deyilsә, onda bir-
biriylә bağlı olan bu faktlar sübut edir ki, insan işarәdir;
belәliklә, hәr bir fikrin zahiri işarә olması sübut edir ki, insan
özlüyündә zahiri işarәdir”.
Ferdinand de Sössür isә özünün işarә nәzәriyyәsindә
dildәn çıxış edir vә dili xüsusi analoqu olmayan obyekt sayır:
dil öz-özü üçün araşdırılır. Vә onun fikrincә, dilçilik elmi
337
qarşıya üç mәqsәd qoyur: 1) mәlum olan bütün dillәri diaxron
vә sinxron aspektdә tәsvir etmәk; 2) dillәrdә fәaliyyәt göstәrәn