Page 335 - Ferdinand de Sössür_Layout 1
P. 335
Ümumi dilçilik kursu
tarixindә layiqli yeri olan, Por-Royalda 1660-cı ildә A.Arno
vә K.Lanslo tәrәfindәn yazılmış “Ümumi vә rasional qram-
matika” әsәrinin meydana çıxmasında birbaşa tәsiri vardır.
Böyük tarixi missiya yerinә yetirmiş bu qrammatikadakı
görüşlәr doğru olaraq ümumi dilçiliyin vә fransız dilçiliyinin
mәnbәyi, bünövrәsi sayılır. Buna görә dә Sössür “Por-Royal
qrammatikası”nda qoyulan mәsәlәlәrә üz tutmağı dönә-dönә
qeyd edir.
Bu qrammatikada işlәdilәn vә şәrh olunan bir sıra anlayış -
lar Sössürün konsepsiyasında özünә yer tapmışdır: linqvistik
işarәnin ikitәrәfli sxemi, işarәlәyәn (signifiant) vә işarәlәnәn
(signifie) termini.
XVII әsrin rasionalizminin, fransız filosoflarının bilavasitә
tәsiri altında, elәcә dә semantikanın banisi Brealla tanışlıqdan
sonra Sössür dil işarәsinin mәzmun planına xüsusi әhәmiyyәt
vermiş, dil vahidlәrinin müәyyәnlәşdirilmәsin dә mәhz sxe-
matik ölçülәrә әsaslanmışdır. Fransız filosoflarının tәbiәt
hadisәlәri arasında qarşılıqlı әlaqә vә asılılığın olması barәdә
mülahizәlәri dilin sistem xarakterliliyi qәnaәtini irәli sürmәyә
imkan yaratmışdı. Ümumiyyәtlә, sözә işarә kimi yanaşmaq
meyillәri, ünsiyyәt vә tәfәkkürün әlaqәsi mәsәlәsi, insan
әqlinin mahiyyәti problemi F.Bekon, T.Qobbas, C.Lokk,
Didro, Volter, Lametri, Kondilyak kimi filosofların әsәrlәrindә
geniş şәrh olunur ki, bu da XIX әsrin sonu – XX әsrin
әvvәllәrindә Avropada müxtәlif elmlәrin formalaşmasına vә
istiqamәtinә әsaslı tәsir göstәrir. Hәmin filosofların görüş -
lәrindә, xüsusilә Kondilyakın “İnsan biliklәrinin mәnşәyi
tәcrübәsi”, “Duyğular barәdә traktat” әsәrlәrindә dil mәsәlәlәri
aparıcı yer tutur, dilin sosial xarakterdә olması ideyasının
qaynağı da Didronun, Russonun, sonralar isә geniş şәkildә O.
Kontun әsәrlәrindәn başlayır. Belәliklә, aydın olur ki,
Sössürün dilin sosial vә işarә xarakterli olması ideyası fransız
dilçiliyi әnәnәsindәn әxz olunmuşdur. Lakin dilә xalis sosial
hadisә kimi yanaşma vә onun geniş konseptual şәkildә tәhlili
fransız sosioloqu E. Durkheymin adı ilә bağlıdır. 1917-ci ildә
335
A.Seşenin yazdığı rәydә Sössürlә Durkheymin ideyaları
arasındakı әlaqәdәn bәhs olunmuşdur.