Page 339 - Ferdinand de Sössür_Layout 1
P. 339
Ümumi dilçilik kursu
ifadәetmә sistemi kimi öz sәciyyәviliyi ilә fәrqlәnir. Bu
mәnada dilçilik bütün semiologiyanın prototipi ola bilәr,
hәrçәnd dil çoxlu semioioji sistemlәrdәn biridir.
“Ümumi dilçilik kursu”nda xüsusi bir qeyd olmasa da,
Sössürün siyasi iqtisad mәsәlәlәrinә hәsr olunmuş bir sıra
әsәrlәrdәki ideyalardan faydalanmasın dan da söhbәt gedir.
Sössürün irsini öyrәnәn araşdırıcıların bәzisi onun siyasi iqti-
sada hәsr olunmuş hәr hansı bir mәnbәdәn tәsirlәndiyinә şübhә
ilә yanaşır, başqa bir qrup isә belә bir әlaqәnin olmasını labüd
sayırlar. Sonuncu mülahizәnin ortaya çıxması Sössürün lin-
qvistik vahidlәrin dәyәrliliyi nәzәriyyәsi ilә bağlıdır –
hәqiqәtәn onun dәyәr anlayışına dair mülahizәlәri ilә A.Smitin
vә D.Rikardonun әmtәәnin istehlak vә mübadilә dәyәrlәri
ideyası arasında uyğunluq vardır.
Sössürün alman fәlsәfi fikri, xüsusilә Hegelin ideyaları ilә
bağlılığı da mübahisә doğuran mәsәlәlәrdәndir. Əksәr
araşdırıcılar Hegellә Sössürün әlaqәsindәn danışarkәn ideya
tәsirindәn yox, ideyalar arasındakı oxşarlıqdan bәhs etmәyi
düzgün hesab edirlәr.
...XIX әsrin sonları – XX әsrin әvvәllәri dünyanın müxtәlif
ölkәlәrindә yeni dilçilik ab-havasının yaranması ilә
әlamәtdardır. Tarixi-müqayisәli dilçiliyin xidmәtlәrinә kölgә
salmadan qeyd etmәk lazımdır ki, dil faktlarına yeni yöndәn
yanaşma, habelә dildә sistem münasibәtlәrin müәyyәnlәşmәsi
vә yeni tәhlil metodunun yaranması vaxtı yetişmişdi. Bu
illәrdә ayrı-ayrı ölkәlәrdә yetişmiş görkәmli dilçi-novatorların
adlarını sadalamaq olar: Boduen de Kurtene, Fortunatov, Qa-
balens, Sössür, Meye, Noreyn, Uitni, Blumfild, Sepir...
Qeyd etdiyimiz dövrün, elәcә dә bugünümüzün dilçilәri
arasında Sössürün әvәzolunmaz yeri, xüsusi xidmәtlәri vardır.
Onun görüşlәrinin tәkcә dilçiliyә deyil, eyni zamanda
fәlsәfәyә böyük tәsiri etiraf olunmalıdır. A.S.Çikobava yazır:
“Sössürün әsәrlәrindә ifadә olunmuş konsepsiya Qәrbdә
ümumi dilçilik baxışlarının inkişafında, tәxminәn Kantın kri-
339
tisizminin alman idealist fәlsәfәsinin inkişafında oynadığı rola
bәrabәrdir: son qırx ilin Qәrbi Avropa dilçiliyi ya Sössürün