Page 338 - Ferdinand de Sössür_Layout 1
P. 338
Ferdinand de Sössür
ümumi qanunları aşkar etmәk; 3) özünün sәrhәdini çәkmәk vә
öz-özünü müәyyәnlәşdirmәk. “Ümumi dilçilik kursu” da hәr
şeydәn әvvәl dilçiliyin mәhz özünә mәxsus olan obyektinin
müәyyәnlәşdirilmәsindәn, aydınlaşdırılmasından başlayır.
Psixologiya dan, sosiologiyadan, mәntiqdәn aydın konturları
ilә ayrılan linqvistika Sössürün baxışına görә hәlә tam şәkildә
mövcud olmayan bir elmin – semiologiyanın bir hissәsini
tәşkil etmәlidir. Semiologiya dil vә onunla eyni tipdә olan
insan cәmiyyәtindә fәaliyyәt göstәrәn başqa sistemlәrin
tәdqiqi ilә mәşğul olmalıdır. F.de Sössür fikrini belә
ümumilәşdirir: “Dil ideyalar ifadә edәn işarәlәr sistemidir; onu
yazı, lal-karların әlifbası, simvolik adәtlәr, hәrbi siqnallar,
әdәb-әrkan formaları vә s. vә i. ilә müqayisә etmәk olar.
Belәliklә, cәmiyyәt daxilindә işarәlәrin hәyatını araşdıran bir
elmi tәsәvvür etmәk mümkündür; belә bir elm sosial
psixologiyanın, hәmçinin ümumi psixologiyanın bir hissәsi
ola bilәr; biz onu semiologiya (yunanca “işarә”) adlandırardıq.
Bu elm bizә aydınlaşdırmalıdır ki, işarә nә olan şeydir vә hansı
qaydalarla idarә olunur. Bir halda ki bu elm hәlә ki mövcud
deyil, onun necә olacağı barәdә fikir söylәmәk olmaz; lakin
onun yeri әvvәlcәdәn müәyyәnlәşib vә bu elm mövcud olma
hüququna malikdir. Dilçilik bu ümumi elmin yalnız bir
hissәsidir...
F.de Sössürün ümumi dil barәdә düşüncәlәr silsilәsi dilә
xüsusi tipli işarәlәr sistemi kimi yanaşmaq konsepsiyasından
qaynaqlanır. Onun fikrincә, dil özünün bütün aspektlәrindә
ikili mahiyyәtlidir: sosial institut olan dil fәrddә reallıq tapır;
nitq aspektindә dil fasilәsizdir, lakin ayrıca vahidlәrdәn tәşkil
olunmuşdur, dil nitqin fono-akustik mexanizmindәn asılı de -
yil dir, “işarәlәr sistemi” kimi dildә yeganә mühüm olan mәna
ilә akustik obrazın birlәşmәsidir, bu birlәşmәdә işarәnin hәr
iki sistemi eyni dәrәcәdә psixolojidir. İşarәnin başqa bir
cәhәtini açıqlayan F.de Sössür dil işarәsindәn bәhs edәrәk
yazır: Demәk olar ki, tamamilә sәrbәst işarә semioloji prosesin
338
prinsiplәrini başqalarından daha yaxşı reallaşdırır. Mәhz buna
görә dil bütün sistemlәrdәn әn mürәkkәb vә әn geniş yayılmış