Page 330 - Ferdinand de Sössür_Layout 1
P. 330
Ferdinand de Sössür
lik alәmindә yaxşı tanınırdı. Uitni dә 1850-ci ildә Almaniyada
Boppdan, Romdan dәrs almışdı. Burada Romla birgә apardığı
araşdırmaya görә 1870-ci ildә Berlin Akademiyasının Bopp
adına mükafatı ilә tәltif olunmuşdu. Sössürün onu bir sanskri-
toloq kimi tanıması ona görә şübhә doğurmur ki, öz
dissertasiyasında Uitnidәn bir neçә dәfә sitat gәtirmişdir. Lakin
Sössürün Uitnini bir dil nәzәriyyәçisi kimi tanıması dәqiq
mәlum deyildir.
1879-cu ildә Sössür yenidәn Leypsiqә qayıdır vә 1880-ci
ilin fevralında böyük uğurla doktorluq dissertasiyası müdafiә
edir. Bu әsәr 1881-ci ildә Cenevrәdә çap olunmuşdur.
Sössürün müdafiәdә iştirak edәn dostu Favr onun dissertasiya
müdafiәsini xatırlayaraq deyirdi: “Əgәr bu qәdәr tәvazökar
olmasaydı, imtahan verәn gәnclә imtahan götürәnlәrin yerlәri
asanlıqla dәyişdirilә bilәrdi”.
A.A. Xolodoviç Sössürün doktorluq dissertasiyası ilә bağlı
yazır: Bu әsәri “Memuar”la heç cür müqayisә etmәk olmaz.
Qodelin vә de Mauronun qeyd etdiyi kimi, o qәdәr dә gözә
çarpmayan bu әsәr o dövr üçün qәbul olunan fikrә görә bir dis-
sident, kafir tәdqiqatçının işi sayılırdı. Ona görә ki: 1) gәnc
qrammatiklәrә qәdәrkilәr, gәnc qrammatiklәr cәrәyanı vә
Bopp çular üçün sintaksis yad mövzu hesab olunur, araşdırma
obyektindәn kәnarda idi; 2) Sössür seçdiyi obyektә әnәnәvi,
komparativist, diaxron planda deyil, dilin müvafiq vәziyyәti
çәrçivәsindә yanaşmışdı; 3) seçilmiş obyekt dәyәr kimi şәrh
olunur; mütlәq yiyәlik hal izolә edilmiş şәkildә deyil, mütlәq
lokativlә (yerlik hal) qarşılıqlı münasibәtdә, yәni relyassion
vә oppozitiv vahid kimi götürülür.
F.de Sössürün hәyatının dördillik tәzadlı Almaniya dövrü
belәcә sona çatır. Almaniyanı Sössürün tәrk etmәsi sәbәblә -
rindәn biri vә yәqin ki başlıcası onun böyük nüfuza malik olan
gәnc qrammatiklәrlә normal münasibәtinin olmaması idi.
1880-ci ildә Sössür Parisә gәlir. Bu dövrdә Fransa dilçilik elmi
baxımından әyalәt sayılırdı, Almaniyada hay-küy yaratmış
330
gәnc qrammatiklәrdәn, onların araşdırma la rın dan fransızlar
xәbәrsiz idi. Burada XVI әsr dilçilik görüşlәri hakim mövqedә