Page 325 - Ferdinand de Sössür_Layout 1
P. 325
Ümumi dilçilik kursu
Ferdinand de Sössür
vә onun “Ümumi dilçilik kursu”
2016-cı ildә dünya dilçiliyindә inqilabi dәyişmәyә sәbәb
olan F.de Sössürün “Ümumi dilçilik kursu” әsәrinin nәşrinin
100 ili tamam oldu. Qәribә taleyi olan bu fundamental әsәr
indi dә öz elmi dәyәrini qoruyub saxlayır. Müasir dövrümüzdә
elә bir ciddi elmi istiqamәt vә araşdırma tapmaq olmaz ki, bu
әvәzsiz әsәrә üz tutmadan keçinsin.
Elmi araşdırmalarının ilk illәrindә hind-Avropa dillәrinin
materialları әsasında tarixi-müqayisәli dilçilik istiqamәtindә
çox uğurlu araşdırmalar aparan vә hamılıqla etiraf olunan,
nüfuz qazanan, bir sıra qiymәtli kәşflәr edәn Sössür, o dövrün
dilçiliyindә işartıları hiss olunan yeni prinsip vә metodların
yaradılmasına ehtiyac duyaraq özünün dil sistemi barәdәki
mәşhur baxışlarını müxtәlif dixotomiyalar (dil-nitq, sinxro -
niya-diaxroniya, iç dilçilik – çöl dilçilik vә s.) fonunda әsas -
landırır. Bu da mәlumdur ki, dilә bu yeni ümumi-nәzәri baxış,
bәnzәri olmayan konsepsiya onun öz tәlәbәlәrinә oxuduğu
mühazirәlәrdә irәli sürülmüş vә bu mühazirәlәr Sössürün
ölümündәn sonra tәlәbәlәri tәrәfindәn kitab şәklindә çap
olunmuşdur. Əgәr onun fәdakar tәlәbәlәri mühazirәlәrinin
mәtnlәri üzәrindә üç il әrzindә yorulmadan, әzmlә çalışıb әsәri
ortaya çıxarmasaydılar, dünya bu әsәr-mühazirәdәn xәbәrsiz
qalsaydı, görün biz nәdәn mәhrum olardıq.
Sössürün ilk tәdqiqatçıları hesab olunan Ş.Balli vә
A.Seşedәn sonra dünya dilçiliyi tarixindә Sössürologiya (Sös -
sürşünaslıq) deyilәn yeni bir elmi-araşdırma sahәsi yaran -
mışdır. İsveçrә, Fransa, İtaliya, Kanada vә digәr ölkәlәrin
dilçilәri Sössür irsinin öyrәnilmәsi, onun ziddiyyәtli görünәn
baxışlarındakı müәyyәn mәqamların şәrh olunması sahәsindә
faydalı işlәr görmüşlәr. 1950-ci ildә mühazirәlәrin mәlum ol-
mayan iki konspektinin tapılması bu mәtlәblәrin aydınlaş - 325
masına yardım etmiş oldu. R.Qodelin Sössürşünaslıqda xüsusi