Page 321 - Ferdinand de Sössür_Layout 1
P. 321
Ümumi dilçilik kursu
ola bilәr. Hәmin hadisә Avropa vә Asiyada, Finlandiyadan
başlamış Mancuriyaya qәdәr danışılan geniş Ural-Altay
dillәri qrupuna xasdır. Lakin bütün ehtimallara görә, bu
maraqlı hadisә hәmin qrupun ayrı-ayrı dillәrinin sonrakı
inkişafi ilә әlaqәdardır: belәliklә, bu cәhәt ümumidir, lakin
ilkin deyil; bu isә o demәkdir ki, hәmin dillәrin mәnşәyinin
ümumiliyini (onsuz da olduqca mübahisәlidir) sübut etmәk
üçün onların aqqlütinativ sәciyyәsinә әsaslanmaq mümkün
olmadığı kimi, saitlәr ahәnginә dә istinad etmәk olmaz.
Hәmçinin müәyyәn edilmişdir ki, Çin dili heç dә hәmişә
birhecalı olmamışdır.
Biz sami dillәrini rekonstruksiya edilmiş prasami ilә
müqayisә edәrkәn dәrhal onların bәzi cәhәtlәrinin sabitliyinә
heyran oluruq; bütün başqa ailәlәrdәn daha çox bu dil ailәsi
dәyişmәzliyin, daimiliyin bütün ailәyә mәxsusluğunun birliyi
tәsәvvürünü doğurur. Bu, aşağıdakı әlamәtlәrdә tәzahür edir
(bunlardan bәzilәri hind-Avropa ailәsinin sәciyyәvi
cәhәtlәrinә tamamilә әksdir): mürәkkәb sözlәrin, demәk olar
ki, mövcud olmaması, söz yaradıcılığının rolunun mәhdud -
luğu, az inkişaf etmiş fleksiya (yeri gәlmişkәn, ondan
törәmiş dillәrdәn daha çox uludildә inkişaf etmiş olması), söz
sırasının müәyyәn ciddi qaydalara tabe olması bununla
bağlıdır. Ən maraqlı cәhәt köklәrin quruluşunda özünü
göstәrir: onlar davamlı olaraq üç samitdәn ibarәtdir (mәsәlәn,
q-t-1 ‘öldürmәk’); kökün bu samitlәri hәmin dil daxilindә
(müqayisә et: qәdim yәhudicә qätal’o (kişi cinsi) öldürdü’ ,
c
e
qät lä ‘o (qadın cinsi) öldürdü’, q töl ‘öldürmәk’ , ‘sәn (kişi
c
cinsi) öldür!’ , qit li ‘sәn (qadın) öldür!’ vә s.) vә hәtta
müxtәlif dillәrdә (müqayisә et: qatala (o öldürdü) , qutila ‘o
öldürülmüşdür’ vә s.) bir sözün bütün formalarında qorunub
saxlanır – başqa sözlә, samitlәr sözlәrin “konkret mәna -
larını”, onların leksik dәyәrliliyini ifadә edir, halbuki
әvәzlәnәn saitlәr, bәzi ön vә son şәkilçilәrin kömәyi ilә,
istisnasız olaraq qrammatik kateqoriyaları işarәlәyir:
321
e
mәsәlәn, qәdim yәhudicә qätal ‘ o öldürdü’; q töl ‘ölmәk’,