Page 317 - Ferdinand de Sössür_Layout 1
P. 317
Ümumi dilçilik kursu
§4. Dil tipi vә sosial qrupların tәfәkkürü
Demәli, dil ondan istifadә edәn xalqların adәtlәri vә
tәsisatları barәdә kifayәt qәdәr dәqiq vә inandırıcı mәlumat
vermirsә, heç olmasa müәyyәn sosial qrupun tәfәkkür tipinin
sәciyyәsinә xidmәt edә bilirmi? Belә bir fikir kifayәt qәdәr
geniş yayılmışdır ki, dil xalqın psixoloji xarakterini әks
etdirir, lakin hәmin baxışa qarşı olduqca mühüm etiraz irәli
sürmәk olar: dil vasitәlәrinin (procėdė) müәyyәnlәşmәsi
psixi sәbәblәrlә mütlәq şәkildә bağlı deyil.
Sami dillәri fransızca la parole de Dieu ‘allahın sözü’ tipli
birlәşmәlәrdә tәyin edәn ismin tәyin olunan ismә müna -
sibәtini hәr iki sözün sadәcә yan-yana qoyulması ilә ifadә
edir; doğrudur, bu zaman tәyin olunan adın tәyin edәn addan
әvvәl gәlmәsi şәklindә, necә deyәrlәr, status constructus
xüsusi forma ilә müşayiәt olunur. Elәcә dә qәdim yәhudicә
iki ḋäbär ‘söz’ vә elöhȋm ‘allah’ sözlәrinin birlәşmәsi “allahın
sözü” mәnasında ḋbar elöhȋm söz birlәşmәsini yaratmışdır.
İndi iddia edә bilәrikmi, hәmin sintaktik konstruksiya bizә
sami tәfәkkürünün hansısa xüsusiyyәtini açıb göstәrir? Belә
bir iddia hәddindәn artıq böyük cәsarәt olardı, belә ki, әski
fransızcada analoji konstruksiya ardıcıl işlәnmişdir;
müqayisә et: le cor Roland ‘Rolandın buynuzu’ , les quatre fıls
Aymon ‘Eymonun dörd oğlu’ vә s. Yeri gәlmişkәn roman
zәminindә hәmin konstruksiya morfoloji sәciyyәli olduğu
qәdәr dә fonetik sәciyyәli xalis tәsadüf sayәsindә inkişaf
etmişdir: bu, hal şәkilçisinin düşmәsi nәticәsindә dilә
sırınmışdır. Nә üçün ehtimal etmәmәliyik ki, prasami dilindә
dә hәmin sintaktik hadisә analoji tәsadüfdәn yaranmışdır?
Belәliklә, sami dillәrin sәciyyәvi әlamәtlәrindәn biri kimi
görünәn konstruksiya sami tәfәkkürünә dair hәr hansı bir
müәyyәn nәticәnin çıxarılmasına imkan vermir. Başqa bir
misal... Hind-Avropa uludilindә birinci hissәsi feil 317
elementindәn ibarәt mürәkkәb sözlәr olmamışdır. Lakin bu