Page 313 - Ferdinand de Sössür_Layout 1
P. 313
Ümumi dilçilik kursu
§3. Linqvistik paleontologiya
Əgәr dil birliyi onun әsasında duran sosial birlik barәdә
danışmağa imkan verirsә, onda dil hәmin ümumi etnizmin
tәbiәtini açmağa şәrait yaratmırmı?
Uzun zaman güman etmişlәr ki, dil – xalqlar, onların
tarixәqәdәrki dövrlәri barәdә bitib-tükәnmәyәn mәlumat
mәnbәyidir. Keltşünaslığın pionerlәrindәn biri Adolf Pikte
“Hind-Avropa mәnşәyi” (“Les origines indo-europėennes”,
1859–1863) kitabı ilә xüsusilә mәşhurdur. Hәmin araşdırma
bir çox başqa әsәrlәr üçün nümunә olmuş vә bu günә qәdәr
onların içәrisindә әn maraqlısıdır. Pikte hind-Avropa
dillәrinin göstәricilәrinә әsaslanaraq “arilәr”in sivilizasiya -
larının әsas әlamәtlәrini aydınlaşdırmağa cәhd edir, onun
müxtәlif aspektlәrini müәyyәnlәş dir mә yi mümkün sayır:
maddi mәişәt (alәtlәr, silah, ev heyvanları), ictimai hәyat
(onlar köçәri idilәr, yoxsa әkinçi), ailә tipi, idarәetmә. O,
“arilәr”in ana vәtәnini tapmağa çalışaraq onu Baktriyada
yerlәşdirir, onların mәskunlaşdıqları ölkәnin flora vә
faunasını öyrәnir. Onun әsәri bu istiqamәtdә әn әhәmiyyәtli
tәcrübәdir. Buradan nәşәt etmiş fәnn dilçilik paleontologiyası
adını almışdır.
O zamandan bu istiqamәtdә sonrakı cәhdlәr olmuşdur.
Onlardan biri German Xirtә (“İndogerman dili”, 1905–1907)
mәxsusdur. O, hindavropalıların pravәtәnini müәyyәnlәş dir -
mәk üçün İ. Şmidtin nәzәriyyәsinә әsaslanır, bununla belә,
tez-tez linqvistik paleontologiyaya müraciәt edir: lüğәt
faktlarını o, hind-avropalıların әkinçi olduqlarını sübut etmәk
üçün cәlb edir. Vә Rusiyanın cәnubunu onların vәtәni say-
maqdan imtina edir, çünki ora köçәri hәyat tәrzi üçün daha
yararlıdır. Ağacların, xüsusilә onların bәzi cinslәrinin (kük-
nar, ağcaqayın, fıstıq, palıd) adlarının tәkrarı onu belә bir
fikrә gәtirir ki, hindavropalıların vәtәni meşәlik olmuş vә 313
Qartsla Visla arasında, mәhz Brandenburq – Berlin әrazisindә