Page 308 - Ferdinand de Sössür_Layout 1
P. 308
Ferdinand de Sössür
truksiyaların sayı bir neçә minә çata bilәr. Nәticә etibarilә,
әmin ola bilәrik ki, sistemin bütün elementlәrini bilirik.
Nәhayәt, dilin sәs vahidlәrini dәrk etmәk üçün onların
müsbәt keyfiyyәtlәrini sәciyyәlәndәrmәyә ehtiyac yoxdur,
bir-biri ilә qarışıq salınmama sı üçün onlara diferensial
kәmiyyәtlәr kimi baxmaq kifayәtdir. Bu o dәrәcәdә hәlle -
dicidir ki, bәrpa olunan dilin sәs elementlәri rәqәmlәr, yaxud
hansısa başqa şәrti işarәciklәrlә göstәrilә bilsin. ӗk wŏs-da ӗ
1
sәsinin mütlәq keyfiyyәtini müәyyәn etmәk, açıq vә ya qapalı
olduğunu, daha irәli gәlәn olub-olmadığını vә s. aydınlaş -
dırmaq faydasızdır; ӗ-nin bir neçә müxtәlifliyinin müәyyәn
edilmәdiyi üçün bütün bu incәliklәrin әhәmiyyәti yoxdur;
vacib olan yalnız bir şey vardır: bu sәsi dildә fәrqlәndirilәn
başqa elementlәrin (ӑ, ŏ, ӗ vә s.) heç biri ilә qarışdırmamaq.
Başqa sözlә, ona gәlib çıxırıq ki, *ek wŏs sözünün birinci
1
fonemi *mӗdhjŏs-dakı ikinci fonemdәn, *ӑgӗ-dәki üçüncü
fonemdәn vә s. fәrqlәnmir vә onun sәs xüsusiyyәtlәrini dә -
qiq lәş dirmәdәn hind-Avropa fonemlәri cәdvәlindә müәyyәn
nömrә altında yerlәşdirmәk mümkün olur. Belәliklә, ek wŏs-
1
un rekonstruksiyası yalnız o demәkdir ki, latınca equos-un,
sanskritcә açva-s-ın vә s. hind-Avropa uyğunluğu uludilin
fonoloji qammasından alınmış beş müәyyәn fonemdәn ibarәt
olmuşdur.
Nәticә etibarilә, bizim göstәrdiyimiz rekonstruksiyalar
öz sәrhәdi daxilin dә özünün bütün gücünü qoruyub saxlayır.
308