Page 307 - Ferdinand de Sössür_Layout 1
P. 307
Ümumi dilçilik kursu
§2. Rekonstruksiyaların dürüstlük dәrәcәsi
Bәrpa edilmiş formalardan bәzilәri tamamilә doğrudur,
o birilәri mübahisәli, yaxud ümumiyyәtlә şübhәlidir. Bununla
belә, indicә gördüyümüz kimi, bütöv formaların inandırıcılıq
dәrәcәsi hәmin formaların sintezindә iştirak edәn xüsusi
rekonstruksiyalara aid nisbi inandırıcılıqdan asılıdır. Bu
mәnada elә iki söz tapmaq mümkün deyil ki, eyni inandırı -
cılıqla bәrpa olunsun. *Esti ‘o...dur’ vә *didöti‘verir’ kimi
şübhә doğurmayan hind-Avropa formaları arasında da fәrq
vardır, ona görә ki, ikinci sözdә saitin ikilәşmәsi (kökdә)
şübhә doğurur (müqayisә et: sanskritcә dadäti vә yunanca
didösi).
Rekonstruksiyaları әslindә olduğundan az etibarlı hesab
etmәk meyli mövcuddur. Aşağıdakı üç sәbәb bu sahәdә daha
inamlı olmağımıza imkan yaradır.
Birinci sәbәb әsasdır vә artıq yuxarıda göstәrilmişdir:
әgәr hәr hansı söz varsa, onu tәşkil edәn sәslәri, onların
sayını vә hüdudunu aydın şәkildә fәrqlәndirmәk mümkündür.
Biz artıq şahidi olduq ki, sәslәrә fonoloji mikroskop altında
baxan bәzi dilçilәrin etirazları barәsindә mәhz nә düşünmәk
lazımdır.
Əlbәttә, -sn- kimi birlәşmәlәrdә ötәri vә ya keçici sәslәr
vardır; lakin onları nәzәrә almaq dilçiliyә zidd getmәk olardı;
adi qulaq onları fәrqlәndirmir, danışanların elementlәrin
sayına münasibәtdәki rәylәri isә hәmişә uyğun gәlir. Ona
görә dә biz tәsdiq etmәkdә haqlıyıq ki, *ek wos hind-Avropa
1
formasında danışanların nәzәrә aldığı yalnız beş fәrqli,
diferensial element var.
İkinci sәbәb hәmin fonoloji elementlәrin hәr bir dildәki
sistemi ilә bağlıdır. Hәr hansı bir dil sayı dәqiq olan müәyyәn
fonem qammasına dayanır. Hind-Avropa uludilindә sistemin
bütün elementlәri rekonstruksiya ilә tәsbit olunmuş әn azı 307
formalar düjünündә müәyyәn edilmişdir – bu rekons -