Page 302 - Ferdinand de Sössür_Layout 1
P. 302

Ferdinand de Sössür



                                      III fәsil


                          REKONSTRUKSİYALAR



                       §1. Rekonstruksiyanın sәciyyәsi
                                  vә mәqsәdlәri

                   Rekonstruksiya yalnız müqayisә yolu ilә mümkündür. Vә
               öz növbәsindә müqayisәnin dә rekonstruksiyadan başqa bir
               mәqsәdi yoxdur. Əgәr  bir neçә forma arasında müәyyәn
               etdiyimiz uyğunluğun nәticәsiz qalmasını istәmiriksә, biz
               onları zaman perspektivi boyunca yerlәşdirmәli vә vahid
               proformalarını bәrpa etmәyә girişmәliyik: bu mәsәlә üzәrinә
               artıq neçәnci dәfәdir ki, qayıdırıq. Belәliklә, latınca medius
               ‘orta’nı yunanca mėsos ‘orta’ ilә müqayisәdә, hind-Avropa
               vәziyyәtinә üz tutmadan aydınlaşdırmaq üçün, tarixәn hәm
               medius, hәm dә mėsos ilә bağlılığı olduğunu qәbul edilәn daha
               qәdim *methyos vәziyyәtini müәyyәn etmәk lazım gәlir. İki
               müxtәlif dilin iki sözünü deyil, eyni dil daxilindә götürülmüş
               iki formanın müqayisәsindә eyni şey әldә edilir: deyәk ki,
               latınca gerö ‘daşıyıram’ ilә gestus (gerö-nun keçmiş zaman
               feili sifәti) hәr iki forma üçün nә zamansa ümumi olmuş *ges-
               әsasını müәyyәnlәşdirmәyә imkan verir.
                   Qeyd edәk ki, fonetik dәyişmәlәrә aid müqayisәlәr
               hәmişә morfoloji mülahizәlәri nәzәrә almalıdır. Latınca
               patior ‘dözürәm’ vә passus ‘dözmüş’ sözlәrini araşdırarkәn
               factus, dictus vә s. dә mәni cәlb edir, ona görә ki, passus da
               hәmin tipdәn olan törәmәdir; yalnız faciö ‘edirәm’ ilә factus
               ‘edilmiş’, dicö ‘deyirәm’ ilә dictus ‘deyilmiş’ vә s. arasındakı
               morfoloji münasibәtlәrә әsaslanaraq  mәn daha erkәn dövr -
               lәrdә patior ilә *pat- tus arasında eyni münasibәtlәri müәyyәn
       302
               edә bilәrәm. Öz növbәsindә, әgәr müqayisә morfoloji
               sәciyyә daşıyırsa, mәn onu fonetikanın kömәyi ilә möhkәm -
   297   298   299   300   301   302   303   304   305   306   307