Page 297 - Ferdinand de Sössür_Layout 1
P. 297
Ümumi dilçilik kursu
‘çubuğu’ ← vȋrgam ‘çubuğu’, fƐ (fait yazılır) ‘iş’ ← factum
‘işi’ vә s. Formantların tәkamülü dә hәmin iki üsulla tәqdim
oluna bilәr vә alınmış iki mәnzәrә müxtәlif olar; bu, a priori
olaraq yuxarıda analoji törәmәlәr barәdә dediklәrimizdәn
aydındır. Əgәr biz, mәsәlәn, fransız – ė feli sifәt şәkilçisinin
mәnşәyini retrospektiv olaraq araşdırmağa başlasaq, latın
ätum-una gәlib çıxacağıq; hәmin şәkilçi öz mәnşәyinә görә
hәr şeydәn әvvәl isimdәn -äre şәkilçisi vasitәsilә düzәlmiş
latın ismi feillәrilә bağlanır ki, bunlar da öz növbәsindә
әksәrәn qadın cinsindәn olan -a şәkilçili isimlәrdәn törәyir
(müqayisә et: plantäre ‘әkmәk’: planta ‘bitki’, yunanca fimäö
‘qiymәtlәndirmәk’: tȋmä ‘saymaq’ vә s.); digәr tәrәfdәn, hind-
Avropa şәkilçisi -to öz-özlüyündә canlı vә mәhsuldar
olmasaydı (müqayisә et: yunanca klu- tό- s ‘mәşhur’, latınca
in- clu- tu- s ‘tanınmış’ , sanskritcә çru- ta- s ‘tanınmış’ vә s.),
-ätum mövcud olmazdı. -ätunı özündә -m tәsirlik hal tәkin
formantını da saxlayır. Əgәr sonra prospektiv baxış
mövqeyindә durub özümüzdәn soruşsaq ki ilkin şәkilçi -to-
ya hansı fransız formalarında tәsadüf olunur, onda mәhsuldar
vә ya qeyri-mәhsuldar olmaqla yalnız keçmiş zaman feli
sifәtlәrinin (fransızca aimė ← latınca amätum [ amätus
‘sevimli’nin tәsirlik halı ], fransızca fıni ← latınca finȋtum [
finȋtus ‘qurtarmış, bitmiş’in tәsirlik halı ] , fransızca clos ←
latınca *claudtum ‘örtülü’ yerinә clausum [ clausus ‘örtülü’nun
tәsirlik halı ] ) müxtәlif şәkilçilәrini deyil, bir çox başqalarını
da göstәrmәk olar; mәsәlәn: fransızca -u ← latınca - Ȗtum (
fransızca cornu ← latınca cornȖtum [ comȖtus ‘buynuzlu’nun
tәsirlik halı ]), fransız yazı dili şәkilçisi -tif ← latıncanın fivum
( fransızca fugitif ← latınca fugifivum [ fugitivȖs ‘qaçaq’ın
tәsirlik halı ], yenә dә fransızca sensitif ‘hissi’, nėgatif ‘inkarda
olan’ vә s.) vә çoxlu sayda hazırda tәhlilә gәlmәyәn sözlәr,
mәsәlәn: fransızca point ‘deşik (kәmәrdә vә s.) ’ ← latınca
punctum [ punctus ‘deşilmiş’, ‘dәlinmiş’ in tәsirlik halı] ,
fransızca dė ‘oyun sümüyü (aşıq)’ ← latınca datum [ datus
‘atılan, atılmış’ın tәsirlik halı ], fransızca chėtif ‘ pis, kasıb’ 297
← latınca capfivum [captȋus ‘әsir’in tәsirlik halı ]) vә s.