Page 301 - Ferdinand de Sössür_Layout 1
P. 301
Ümumi dilçilik kursu
orta әsrlәrin yeni fars dili olaraq tәqdim edir. Lakin bunun
әksinә daha çox tәsadüf edilir: müxtәlif dövrlәrin yazılı
abidәlәri eyni ailәnin müxtәlif dillәrinә aid olur. Deyәk ki,
german qrupu dillәri bizә davamını qoymayan Ulfilin qot
dilindә sonralar qәdim yuxarı alman dili mәtnlәrindә, daha
sonralar isә anqlosakson, qәdim Skandinav dili vә s.
abidәlәrindә tәdricәn açılır. Vә belәliklә, bu dillәrin, yaxud
dil qruplarının heç biri әvvәl özünü göstәrmiş dilin davamı
deyil. Hadisәlәrin hәmin vәziyyәti belә bir sxem şәklindә
tәqdim oluna bilәr ki, burada hәrflәr dillәri, sәtirlәr isә ardıcıl
dövrlәri göstәrir:
I dövr.......................................................A...............
II dövr.......................B.............................................
III dövr..........C........................D..............................
IV dövr............................................................E........
Dilçilik belә vәziyyәtlәrә yalnız sevinә bilәr: әgәr mәsәlә
başqa cür olsaydı, bizә mәlum olan ilk dil A dilin sonrakı
vәziyyәtlәrindәn analiz yolu ilә çıxarılması mümkün olan hәr
şeyi artıq özündә birlәşdirmişdi, halbuki real şәkildә mövcud
olan bütün A, B, C, D vә s. dillәrinin uyğun nöqtәlәrini
axtararaq biz A-dan daha qәdim formanı – mәhz X
prototipini tapırıq. Vә onda A ilә X-in qarışıq salınması
mümkünsüz olacaqdır.
301