Page 304 - Ferdinand de Sössür_Layout 1
P. 304
Ferdinand de Sössür
müәyyәn edәrәk, bütöv sözlәri (mәsәlәn, hind-Avropa
*aljod), sözdәyişmә paradiqmalarını vә s. rekonstruksiya
etmәk mәqsәdi ilә, hansısa bütöv formalara aid olanlardan
nә varsa, onların sintezlәşdirilmәsinә keçirik. Bunun üçün
biz biri o birindәn qәtiyyәn asılı olmayan mülahizәlәri
birlәşdiririk: mәsәlәn, bәrpa etdiyimiz *aljod kimi formaların
ayrı-ayrı hissәlәrini müqayisә edәrәk biz qrammatik
problemlә bağlı olan -d ilә heç bir qrammatik mәnaya malik
olmayan a- arasında böyük fәrq olduğunu görürük.
Rekonstruksi ya olunan forma vahid bir bütöv deyil: o hәmişә
özünü fonetik nәticәlәrin bölünәn mәcmusu kimi tәqdim edir,
çünki onların hәr biri lәğv olunar, yaxud ona yenidәn baxıla
bilәr. Vә doğrudan da, bәrpa olunan formalar hәmişә onlara
aid olan ümumi nәticәlәrin düzgün inikasıdır. “At”
mәnasında olan hind-Avropa sözü ardıcıl olaraq *akvas,
*ak vas, *ek vos, nәhayәt, *ek wos formalarında güman
1
1
1
olunmuş, yalnız s vә fonemlәrin sayı mübahisәsiz qalmışdır.
Rekonstruksiyanın mәqsәdi, nәticә etibarilә, kifayәt
qәdәr gülmәli ola bilәcәk bütöv formaların bәrpası yox,
doğruluğu qәbul olunan bütöv bir sıra nәticәlәrin bütün halda
müәyyәn edilәn yekuna uyğun olaraq sanki kristallaş -
dırılması vә ya kondensasiya edilmәsidir; qısa desәk, rekons -
t ruksiyanın mәqsәdi bizim elmimizin nailiyyәtlәrinin
tәsdiqlәnmәsidir. Dilçilәrә onlara aid edilәn “әgәr ondan
gündәlik nitqdә istifadә olunmasını arzu etsәydilәr, hind-
Avropa dilini bütün tamlığı ilә bәrpa edәrdilәr” kimi cәfәng
mәqamda haqq qazandırmağa ehtiyac yoxdur. Əslindә,
nәinki tarixәqәdәrki dillәrin ayrı-ayrı sözlәrini tәdqiq edәndә,
hәtta mәşhur tarixi dillәri araşdırarkәn dә onların belә bir
mәqamları olmur (dilçi latın dilini ona görә öyrәnmir ki, bu
dildә danışmaq daha yaxşıdır).
Rekonstruksiyalara yenidәn baxılmalı olsa belә, biz
bütövlükdә öyrәndiyimiz dil vә onun mәnsub olduğu dil tipi
haqqında tәsәvvürә malik olmaq istәyiriksә, onlarsız
304
keçinmәk olmaz. Rekonstruksiya – elә vacib alәtdir ki, onun