Page 292 - Ferdinand de Sössür_Layout 1
P. 292
Ferdinand de Sössür
faktının izahı üçün hәmin amilә istinad etmәyә ehtiyac
yoxdur: tәcrid olunmaya aid edilәn nә varsa, coğrafi hәm -
hüdudluq vәziyyәtindә dә hәyata keçә bilәr; hәtta bu iki sıra -
ya daxil olan hadisәlәr arasında fәrq varsa da, onu müәyyәn
etmәk bizim gücümüz daxilindә deyil.
Hәr halda, iki qohum lәhcәyә onların diferensiasiyasının
mәnfi aspektindә deyil, birliyinin müsbәt aspektindә baxaraq,
tәsbit edirik ki, tәcridolunma zamanı bütün mümkün qarşı -
lıqlı әlaqәlәr hәmin lәhcәlәrin ayrıldığı mәqamdan qırılır;
әksinә, coğrafi hәmhüdudluqda bәzi birliklәr hәtta kәskin
fәrqli lәhcәlәr arasında da qorunub saxlanır, bu şәrtlә ki,
onlar aralıq dialektlәr vasitәsilә bağlı olsunlar.
Belәliklә, dillәr arasında qohumluq dәrәcәsini müәyyәn -
lәşdirmәk üçün әrazi arasıkәsilmәzliyi ilә tәcridolunma
arasında kәskin fәrq qoymaq lazımdır. Bu sonuncu halda hәr
iki dil ümumi keçmişlәrindәn onların qohumluğunu göstәrәn
bәzi әlamәtlәri qoruyub saxlayır. Lakin onların hәr biri
müstәqil inkişaf etdiyindәn birindә meydana çıxan yeni
әlamәtlәrә o birindә rast gәlinmәyәcәk (ayrılandan sonra
meydana çıxmış bәzi hadisәlәrin hәr iki dildә tәsadüfәn oxşar
olması halları istisnadır). Hәr hansı halda hәmin yeni
әlamәtlәrin “yoluxma” yolu ilә yayılması imkanı yoxdur.
Ümumiyyәtlә desәk, coğrafi ayrılma şәraitindә inkişaf edәn
dil qohum dillәrlә müqayisәdә yalnız ona mәnsub olan
әlamәtlәrin mәcmusunu tәqdim edir. Hәmin dil öz növbә -
sindә bölünmәyә mәruz qalanda, ondan әmәlә gәlәn ayrı-ayrı
dialektlәr әlamәtlәrinin ümumiliyi sayәsindә, onları başqa
әrazinin dialektlәri ilә deyil, öz aralarında bağlayan daha sıx
qohumluğa sәhadәt verir. Onlar, doğrudan da, ümumi
gövdәdәn ayrılmış xüsusi budaq yaradırlar.
Daimi әrazilәrdәki dillәrdә tamamilә başqa münasibәt
müşahidә edilir; müşahidә olunan ümumi әlamәtlәrin onları
ayıran әlamәtlәrdәn qәdim olması vacib deyil, әslindә, hәr
bir mәqamda hansısa müәyyәn mәntәqәdә meydana çıxmış
292
hәr hansı innovasiya ümumi yayılmaya malik ola vә hәtta