Page 291 - Ferdinand de Sössür_Layout 1
P. 291
Ümumi dilçilik kursu
onların dillәri üçün özünәmәxsus nәticәlәr doğurmuşdur, iş
yalnız burasındadır ki, hәmin nәticәlәr arasıkәsilmәz әrazi -
lәrdә dilin diferensiasiyası amilinin fәaliyyәtindәn irәli gәlәn
nәticәlәrlә qovuşur. Demәli, onların nәdәn ibarәt olduğunu
müәyyәnlәşdirmәk olduqca çәtindir: belәliklә, biz yenidәn
ayrılmış әrazilәrdә bir lәhcәnin tәkamülü probleminә qayı -
dırıq.
Əski ingilis dilini götürәk. Miqrasiya nәticәsindә әski
ingilis dili ümumi german gövdәsindәn ayrılmışdır. Görünür,
әgәr V әsrdә sakslar materiki tәrk etmәsәydilәr, onun indiki
görkәmi başqa cür olardı. Bәs ayrılmanın özünәmәxsus
nәticәlәri nәdә ifadә olunur?
Buna cavab vermәk üçün әvvәlcә aydınlaşdırmaq
lazımdır ki, hәr hansı dәyişmә coğrafı hәmhüdud şәraitdә baş
verә bilәrmi? Tutaq ki, anqllar Britaniya adalarını deyil,
Yutlandiyanı zәbt edәydilәr; iddia etmәk olarmı ki, mütlәq
ayrılma amilinә aid edilәn faktlardan heç birinә әrazinin
arasıkәsilmәzliyi saxlandığı halda rast gәlinmәyәcәkdi?
Guya ayrılma ingilis dilinә bütün materikdә d-ya keçmiş
qәdim ḃ sәsini qoruyub saxlamağa imkan vermişdir
(müqayisә et: ingiliscә thing, almanca Ding ‘әşya’) – demәk
onu iddia etmәyә bәrabәrdir ki, materikdәki german dillә -
rindә hәmin hadisә coğrafi arasıkәsilmәz lik sayәsindә ümumi
olmuşdur, halbuki, әslindә, hәmin hadisәnin ümumiliyi,
әrazinin arasıkәsilmәzliyinә fikir vermәsәk, gerçәklәşmәyә
dә bilәr. Hәmişә olduğu kimi, sәhv, tәcrid olunmuş dialektin
coğrafi baxımdan әlaqәli olan dialektlәrlә qarşı-qarşıya
qoyulmasından qidalanır. Bununla belә, heç nә ilә faktiki
olaraq sübut edilmәmişdir ki, әgәr anqllar Yutlandiyada qәrar
tutsaydılar, hökmәn ümumi qayda ilә “yoluxacaq” vә d
tәlәffüz etmәyә başlayacaqdılar. Biz artıq gördük ki, fransız
dili sahәsindә k(+a) yalnız Pikardiyada vә Normandiyanın
bir hissәsindә qorunub saxlanmış, qalan bütün әrazilәrdә
fisıltılı ʃ ilә әvәz olunmuşdur. Belәliklә, tәcrid amili ilә izah
291
yarımçıq vә sәthi görünür. Heç bir vәziyyәtdә diferensiasiya