Page 294 - Ferdinand de Sössür_Layout 1
P. 294
Ferdinand de Sössür
Beşinci hissә
RETROSPEKTİV
DİLÇİLİK MƏSƏLƏLƏRİ
I fәsil
DİAXRON DİLÇİLİYİN İKİ
PERSPEKTİVİ
Sinxron dilçilik yalnız bir baxışı – danışanların baxışını,
nәticә etibarilә bir metodu tanıyıb bildiyi halda, diaxron
dilçilik eyni zamanda iki baxışın vә ya perspektivin iştirakını
nәzәrdә tutur: prospektiv – zamanın axarı boyu yönәlәn
baxış; retrospektiv – geriyә, zamanın axarına qarşı yönәlәn
baxış.
Diaxron dilçiliyin birinci perspektivi hadisәlәrin hәqiqi
hәrәkәtinә uyğun gәlir: bu perspektivdәn zәrurәtә görә tarixi
dilçiliyin istәnilәn bölmәsinin yazılması, dil tarixindә istә -
nilәn mәqamın işıqlandırılması zamanı istifadә edilir. Bu
zaman metod tamamilә әldә olunan mәnbәlәrin tәnqidinә
gәtirib çıxarır. Lakin çox hallarda diaxron dilçiliyin hәmin
metodu ya yarımçıq olur, ya da ümumiyyәtlә kara gәlmir.
Əslindә, dilin tarixini, zamanın axarını izlәyәrәk, bütün
tәfәrrüatı ilә tәsvir etmәk üçün dilin mövcudluğunun hәr bir
mәqamında çәkilmiş sonsuz sayda çoxlu fotoşәkillәrә malik
olmaq lazımdır. Əslindә, bu şәrt heç zaman yerinә yetirilә
bilmәz: mәsәlәn, araşdırmalarının çıxış nöqtәsi latın dilinә
bәlәd olma üstünlüyünә malik romanistlәr eyni zamanda әn
müxtәlif әsrlәri әhatә edәn kifayәt qәdәr sәnәdә malik
olsalar da, hәr an sәnәdlәşmәdә böyük çatışmazlıq olduğunu
görürlәr. Belә hallarda prospektiv metoddan, mәnbәlәrdәn
bilavasitә istifadәdәn imtina etmәk, zaman axarına qarşı
294
gedәrәk әks istiqamәti izlәmәk, yәni retrospektiv metoda
müraciәt elәmәk lazım gәlir. Bu halda, müәyyәn bir dövrdәn